12px13px15px17px
Tarix:22/01/13

RİTN üzrə 2012-ci il ərzində 101 yeni iş yeri açılıb

Respublika prezidentinin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2012-ci il ərzində 101 yeni iş yeri açılıb. 01.01.2013-cü il tarixə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əməkhaqqı 330.0 manat təşkil edib ki, bu da ötən illə müqayisədə 9.9 faiz çoxdur.

Ölkənin informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ilin əvvəli ilə müqayisədə 9.5 faiz artırılaraq 620,7 manata çatdırılıb. O cümlədən telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 699.7 manat, poçt sektorunda isə 211,5 manat təşkil edir. 2012-ci il ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 335.0 milyon manat proqnoza qarşı 368.2 milyon manat gəlir əldə edilib ki, bu da proqnozla müqayisədə 9.9 faiz, əvvəlki illə müqayisədə 6.9 faiz çoxdur.

Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də qəbul olunmuş dövlət proqramlarının icrası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən daim diqqət mərkəzində saxlanılaraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilib.

Hesabat dövründə qəbul edilmiş dövlət proqramları ilə icrasına RİTN-in məsul olduğu tədbirlərin icrasının monitorinqi aparılmış və xüsusi keçirilmiş kollegiya iclasında müzakirə olunub.

Dövlət Proqramları üzrə tədbirlərin vaxtında icrasının təmin edilməsi məqsədilə icra və nəzarətin artırılması məqsədilə RİTN-in şöbələrinə, rabitə birlik və müəssisələrinə konkret tapşırıqlar verilib.

HƏQİQƏT



Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024