12px13px15px17px
Tarix:22/01/13

İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz təşkil edib

Respublikamızın sürətli sosial-iqtisadi inkişafı fonunda ölkənin rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoru dinamik inkişaf edir.

2012-ci ilin göstəriciləri təsdiqləyir ki, artım tempinə görə, İKT sektoru ölkə iqtisadiyyatının sahələri arasında öncül yerdədir. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 75.7 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.

Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,3 faizi mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 14.1 faiz təşkil edib. 2012-ci il ərzində ölkə üzrə ÜDM-nin həcmi 54.0 milyard manat, ötən illə müqayisədə real artım tempi isə 2.2 faiz təşkil edib.

İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz təşkil edib. 2012-ci il ərzində qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 28.5 milyard manat, real artım tempi isə 9.7 faiz təşkil edib. Sektor üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM-də payı 3,5 faiz olub.

HƏQİQƏT



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024