12px13px15px17px
Tarix:22/01/13

Azərbaycanın internet ödəmə portalı bir sıra yeniliklər tətbiq edəcək

Təqdim etdiyi onlayn xidmətlər sayəsində "Hesab.az" 2012-ci ildə 7 dəfə böyüyüb. "ICTnews" elektron xəbər xidmətinin "Hesab.az"a istinadən verdiyi məlumata görə, bu il isə internet ödəmə portalı istifadəçilərin həyatını bir sıra yeni onlayn xidmətlərlə rahatlaşdıra biləcək portala çevriləcək.

"Hesab.az" istifadəçilərinə aşağıdakı yeniliklərin təklif edilməsi planlaşdırılır: İndiki kütləvi ödənişlər sistemində istifadəçilər borcu elə şəxsi kabinetinizdəcə izləyə biləcəklər. Bundan əlavə kart bilgilərini yaddaşa daxil etmək, kartı və ya elektron "pul kisəsi" vasitəsilə avtomatik ödənişləri apara biləcəklər. Bundan əlavə, 2013-cü ildə bank kreditlərinin, vergilərin və DYP cərimələrinin,

"Sumqayıtelektrikşəbəkə"yə olan ödənişlərin də əlavə edilməsi gözlənilir. Eyni zamanda, Azərbaycanda ilk dəfə tətbiq olunacaq elektron "pul kisəsi" "Hesab.az"da "pul kisəsi" (e-wallet) yaradanlara, bu yeni alət vasitəsilə istənilən zaman vəsait daxil etmək (bank, poçt bölməsi, ödəmə köşkləri və o cümlədən internetdən) və çəkmək, digərlərə əmanət göndərmək, pulköçürmə sistemlərindən onlayn istifadə etmək, eləcə də mağaza, restoran və xidmət şəbəkələrdə ödəmələr aparmaq imkanı verəcək.

Bununla yanaşı, sığorta polislərin onlayn sifarişi və ödənilməsi xidməti vasitəsilə ilk olaraq avtomobil üçün, «Atəşgah» şirkətinin təminatı ilə icbari sığorta polisi almaq mümkün olacaq. İlin sonuna qədər digər sığorta xidmətləri də portal vasitəsilə sifariş olunacaq.

Elektron bazar xidməti sayəsində isə yaxın gələcəkdə "Hesab.az"çılar bir biriləri ilə alış-veriş edə biləcəklər. Portal elektron mağazalarla da əməkdaşlıq qurmaq niyyətindədir. Nəticədə bir sıra şirkətlər "Hesab.az"da öz məhsul və xidmətlərini satışa çıxara biləcəklər. Bu bazarda həm hərrac, həm də "İndi al" prinsipindən istifadə ediləcək.

Həmçinin, elektron biletlərin satışı sistemi vasitəsilə müxtəlif növ tədbirlərə, kinoseanslara, teatr tamaşalarına, konsertlərə, idman oyunlarına və digər tədbirlərə biletlər əldə edə bilmək imkanı təqdim ediləcək.

Bundan əlavə, elektron səyahət sistemindən yararlanmaqla "Hesab.az" istifadəçiləri 2013-cü ildə öz səyahətlərini də portal vasitəsilə planlaşdıra biləcəklər. Qatar, təyyarə biletlərini əldə etmək, ölkədaxili və xarici mehmanxanalarda otaq tutmaqdan avtomobil kirayəsinə qədər xidmətlər portalda onlayn göstəriləcək.

Eyni zamanda, istifadəçilərə daha yaxşı xidmət göstərmək üçün onlayn-məsləhətçi xidməti və SMS-məlumatlandırma sistemi tətbiq ediləcək. İstifadəçilər ayda cəmi 1 AZN ödəməklə "Hesab.az"da apardığı ödəmələr barədə məlumatlar və avtomatik ödəmələri haqqında məlumat alacaqlar.

Həmçinin, bu il ərzində ən populyar dörd növ smartfon sistemi üzrə xüsusi proqram təminatı təqdim olunacaq.

Eyni zamanda, bonus hərraclarında daha çox qalibin olması məqsədilə hərrac sistemində dəyişikliklər ediləcək. Belə ki, hədiyyələr dəyərləri üzrə növlərə bölünəcək, ay ərzində qaliblərin sayı məhdudlaşdırılacaq və əlbəttə ki, hədiyyələrin sayı və çeşidi genişləndiriləcək. CAHANGİR



Baxış sayı: 1915

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024