Tarix:23/01/13
Prezident İlham Əliyevin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" ilə rabitə və informasiya texnologiyaları sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası hesabat dövründə uğurla həyata keçirilib. Həmçinin, "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanın icrası ilə əlaqədar Prezident Administrasiyasının rəyinə və onun əsasında mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təqdim olunmuş təkliflərə uyğun olaraq, Nazirlər Kabinetinin (NK) 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı" yenidən hazırlanıb və NK-nın 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilib və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin sayı 251-dən 417-yə çatdırılıb.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında elektron xidmətlərin tətbiqinin vacibliyi ilə bağlı tapşırığından sonra dövlət orqanları tərəfindən elektron xidmətlərin təşkili prosesi daha da sürətlənib. E-hökumət portalı və e-xidmətlərin göstərilməsi zamanı dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin etmək üçün e-hökumət şlüzü istifadəyə verilib.
Hazırda "Elektron hökumət" portalına 40 hökumət və dövlət qurumu qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 elektron xidmətdən 187-si vahid portal (bir pəncərə prinsipi) vasitəsilə məhdudlaşdırılmış rejimdə əhaliyə verilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yaradılmış "Elektron xidmətlər reyestri"nə dövlət qurumları tərəfindən göstərilən 216 elektron xidmət barədə məlumatlar daxil edilib. "Elektron hökumət" portalının fəaliyyətə başladığı 2012-ci ilin aprel ayından bəri portala 15 minə yaxın müraciət daxil olub.
Elektron-imzanın sadələşdirilmiş rejimdə verilməsi altsistemi işlənib, hazırlanıb. Hazırda yeni yaradılmış "E-ərizə" e-xidməti vasitəsilə istifadəçilər internet vasitəsilə e-ərzinə doldurmaqla və onlayn ödəniş etməklə e-imza kartlarına sahib ola bilirlər. 2012-ci ilin sonuna qədər Milli Sertifikat Xidmәtlәri Mәrkәzinә edilәn müraciәtlәrə müvafiq olaraq Dövlәt Hakimiyyәti orqanlarına 2800-dən artıq, həmçinin hüquqi və fiziki şəxslərə 2500 ədəddən çox, ümumilikdə 5300 ədəddən çox elektron imza verilib.
Mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətlərin təşkili, o cümlədən xidmətlərin inzibati reqlamentlərinin hazırlanması üzrə metodiki dəstək göstərilib, onların səlahiyyətli nümayəndələri ilə işçi görüşlər, toplantılar, seminarlar keçirilib, daxil olan müraciətlərlə əlaqədar məsləhətlər verilib. Prezidentin 26 sentyabr 2012-ci il tarixli 708 nömrəli fərmanı ilə RİTN-in yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılması qərara alınıb və bununla bağlı müvafiq sənədlər hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub.
NK-nın 17 avqust 2010-cu il tarixli 149 saylı qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları" və prezidentin fərmanı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları"nın icrasını təmin etmək məqsədilə reyestr yaradılıb.
RİTN tərəfindən göstərilən elektron xidmətlər üzrə 17 ədəd inzibati reqlament hazırlanıb və təsdiq olunması üzrə işlər aparılır.
HƏQİQƏT
Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması ilə bağlı sənədlər aidiyyəti qurumlara təqdim olunub
2012-ci ildə informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülüb. Respublika prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi təbirlər haqqında" fərmanının icrası ilə əlaqədar e-hökumət portalı və e-xidmətlərin göstərilməsi zamanı dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təmini üçün e-hökumət şlüzü istifadəyə verilib.Prezident İlham Əliyevin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" ilə rabitə və informasiya texnologiyaları sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası hesabat dövründə uğurla həyata keçirilib. Həmçinin, "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanın icrası ilə əlaqədar Prezident Administrasiyasının rəyinə və onun əsasında mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təqdim olunmuş təkliflərə uyğun olaraq, Nazirlər Kabinetinin (NK) 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı" yenidən hazırlanıb və NK-nın 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilib və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin sayı 251-dən 417-yə çatdırılıb.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında elektron xidmətlərin tətbiqinin vacibliyi ilə bağlı tapşırığından sonra dövlət orqanları tərəfindən elektron xidmətlərin təşkili prosesi daha da sürətlənib. E-hökumət portalı və e-xidmətlərin göstərilməsi zamanı dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin etmək üçün e-hökumət şlüzü istifadəyə verilib.
Hazırda "Elektron hökumət" portalına 40 hökumət və dövlət qurumu qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 elektron xidmətdən 187-si vahid portal (bir pəncərə prinsipi) vasitəsilə məhdudlaşdırılmış rejimdə əhaliyə verilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yaradılmış "Elektron xidmətlər reyestri"nə dövlət qurumları tərəfindən göstərilən 216 elektron xidmət barədə məlumatlar daxil edilib. "Elektron hökumət" portalının fəaliyyətə başladığı 2012-ci ilin aprel ayından bəri portala 15 minə yaxın müraciət daxil olub.
Elektron-imzanın sadələşdirilmiş rejimdə verilməsi altsistemi işlənib, hazırlanıb. Hazırda yeni yaradılmış "E-ərizə" e-xidməti vasitəsilə istifadəçilər internet vasitəsilə e-ərzinə doldurmaqla və onlayn ödəniş etməklə e-imza kartlarına sahib ola bilirlər. 2012-ci ilin sonuna qədər Milli Sertifikat Xidmәtlәri Mәrkәzinә edilәn müraciәtlәrə müvafiq olaraq Dövlәt Hakimiyyәti orqanlarına 2800-dən artıq, həmçinin hüquqi və fiziki şəxslərə 2500 ədəddən çox, ümumilikdə 5300 ədəddən çox elektron imza verilib.
Mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətlərin təşkili, o cümlədən xidmətlərin inzibati reqlamentlərinin hazırlanması üzrə metodiki dəstək göstərilib, onların səlahiyyətli nümayəndələri ilə işçi görüşlər, toplantılar, seminarlar keçirilib, daxil olan müraciətlərlə əlaqədar məsləhətlər verilib. Prezidentin 26 sentyabr 2012-ci il tarixli 708 nömrəli fərmanı ilə RİTN-in yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılması qərara alınıb və bununla bağlı müvafiq sənədlər hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub.
NK-nın 17 avqust 2010-cu il tarixli 149 saylı qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları" və prezidentin fərmanı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları"nın icrasını təmin etmək məqsədilə reyestr yaradılıb.
RİTN tərəfindən göstərilən elektron xidmətlər üzrə 17 ədəd inzibati reqlament hazırlanıb və təsdiq olunması üzrə işlər aparılır.
HƏQİQƏT
Baxış sayı: 1171
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı