Tarix:23/01/13
Sabunçu rayonunda da 2 məhkəmənin - rayon və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələrinin yerləşəcəyi paytaxtımızda ilk məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov qeyd edib ki, yeni istifadəyə verilmiş məhkəmə binalarında olduğu kimi, müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq bu kompleksdə də proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılacaq.
Tətbiq olunan İKT-lər təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verəcək, hakimlərlə vətəndaşların hər hansı qeyri-prosessual münasibətinin qarşısının alınması üçün bina ictimai və inzibati zonalara bölünəcək.
HƏQİQƏT
Müasir texnologiyalarla təchiz olunacaq daha bir məhkəmə kompleksinin tikintisinə başlanılır
Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində son 2 il ərzində respublikamızda 4 yeni məhkəmə binasının təməli qoyulub. Bütövlükdə isə vahid konsepsiya əsasında və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, bəziləri üzrə artıq tikintiyə başlanılıb.Sabunçu rayonunda da 2 məhkəmənin - rayon və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələrinin yerləşəcəyi paytaxtımızda ilk məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov qeyd edib ki, yeni istifadəyə verilmiş məhkəmə binalarında olduğu kimi, müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq bu kompleksdə də proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılacaq.
Tətbiq olunan İKT-lər təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verəcək, hakimlərlə vətəndaşların hər hansı qeyri-prosessual münasibətinin qarşısının alınması üçün bina ictimai və inzibati zonalara bölünəcək.
HƏQİQƏT
Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır