12px13px15px17px
Tarix:23/01/13

İnternet nəhənginin xalis mənfəəti artıb

Dünyanın ən böyük axtarış sistemi hesabatını dərc edib. Hesabata əsasən, 2012-ci ilin dördüncü rübündə şirkətin əməliyyat mənfəəti 1 səhm üçün 10,65 dollar təşkil edib. Xalis mənfəət 2,89 milyard dollar və ya 1 səhm üçün 8.62 dollara bərabər olub. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 6.7 faiz çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "ComScore" analitik şirkətindən verilən məlumata əsasən, "Google"-un göstəricilərinin artması onlayn satış və reklamın artması ilə bağlıdır.

Bundan başqa, mobil reklamın həcminin artması da internet nəhəngin göstəricilərində öz sözünü deyib. "Google" şirkəti "comScore"-nin nəticələri ilə razılaşaraq bildirib ki, insanlar onlaynda daha çox pul xərcləməyə başlayıb. "Mobil platformalara keçid hələ də davam edir və onun üzərində aparılan işlərin başa çatmasına hələ var, lakin artıq hazırda həm satıcı, həm də onlayn-reklam operatorlarının qazancının mühüm hissəsi məhz mobil istifadəçilərdən əldə olunur" – "Google" nümayəndələri bildirib.

Müsbət rüblük məlumatların dərc edilməsindən sonra "Google" şirkətinin səhmlərinin qiyməti 5.1 faiz artaraq 738,85 dollar təşkil edib. Hesabat rübündə şirkətin mədaxili 12,2 milyard dollar təşkil edib. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz çox olub.

Emil Hüseynov



Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024