Tarix:23/01/13
İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilib. Ölkə başçısının sərəncamına əsasən, RİTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılması qərara alınıb və hazırda Fondun fəaliyyətinin təşkili üzrə işlər aparılır. Dövlət Fondunun əsasnaməsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Bundan başqa, respublika prezidentinin fərmanı ilə "Yüksək texnologiyalar parkı"nın yaradılması qərara alınıb və hazırda fərmana uyğun olaraq, parkın yaradılması üzrə müvafiq işlər görülməkdədir.
Ölkəmizdə "Yüksək texnologiyalar parkı"nın yaradılması İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmtutumlu İT məhsullarının istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Eyni zamanda ölkə başçısının ötən il dekabrın 29-da imzaladığı Fərmanla "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulub.
Konsepsiyaya əsasən, hədəfimiz İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır.
Buna əsasən, rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılıb.
HƏQİQƏT
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin təşkili üzrə işlər aparılır
Azərbaycanın regional İKT mərkəzinə çevrilməsi, İKT-nin gələcək inkişafı, şirkətlərimizin xarici bazarlara çıxışı, bu sahədə ixrac potensialının gücləndirilməsi üçün stimullaşdırıcı tədbirlər üzrə təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilib. Ölkə başçısının sərəncamına əsasən, RİTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılması qərara alınıb və hazırda Fondun fəaliyyətinin təşkili üzrə işlər aparılır. Dövlət Fondunun əsasnaməsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Bundan başqa, respublika prezidentinin fərmanı ilə "Yüksək texnologiyalar parkı"nın yaradılması qərara alınıb və hazırda fərmana uyğun olaraq, parkın yaradılması üzrə müvafiq işlər görülməkdədir.
Ölkəmizdə "Yüksək texnologiyalar parkı"nın yaradılması İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmtutumlu İT məhsullarının istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Eyni zamanda ölkə başçısının ötən il dekabrın 29-da imzaladığı Fərmanla "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulub.
Konsepsiyaya əsasən, hədəfimiz İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır.
Buna əsasən, rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılıb.
HƏQİQƏT
Baxış sayı: 3641
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır