Tarix:24/01/13
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Facebook"da paxıllıq: istifadəçilərin həyat keyfiyyətinə gizli təhlükə" adlı tədqiqat üzərində işləyən alimlər Almaniyanın ali məktəblərində oxuyan tələbələr arasında sorğu keçiriblər. Hər üçüncü tələbə etiraf edib ki, dostlarının istirahət zamanı çəkdiyi foto və ya videolara baxdıqda, statuslarını oxuduqda onlarda paxıllıq hissi yaranır.
Sosioloqların fikrincə, "Facebook"dan istifadə nəticəsində yaranan paxıllıq hissi insanların həyatdan zövq almasına mane olaraq onlarda depressiya və nevroz kimi xəstəliklərin yaranmasına səbəb olur. Tədqiqatın nəticəsinə əsasən, sosial şəbəkədən az istifadə edən və ya ondan heç istifadə etməyən şəxslər özlərini "Facebook"un aktiv istifadəçilərindən daha xoşbəxt hiss edirlər. "Əksəriyyətin "Facebook"u mənfi qəbul etməsi bizi heyrətləndirdi. Sosial şəbəkə yalnızlıq, məyusluq və qəzəb hissini artırır" – tədqiqatçı Anna Krasnov iddia edib.
Alimlər "Facebook"da keçirilən vaxtı azaltmağı və paxıllığa səbəb olan məzmundan uzaq durmağı tövsiyə edirlər. Problemin digər həlli hələ ki yoxdur. "Facebook" dünyanın ən populyar sosial şəbəkəsidir, təxminən 1 milyard insan ondan istifadə edir.
Emil Hüseynov
Sosioloqlar: “Facebook” bədbəxtlik gətirir
Alimlər sübut ediblər ki, "Facebook" sosial şəbəkəsindən istifadə insanlara bədbəxtlik gətirir və həyat keyfiyyətini aşağı salır. Buna səbəb lentdəki foto və statuslara baxış zamanı istifadəçilərin əksəriyyətində yaranan paxıllıq hissidir."ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Facebook"da paxıllıq: istifadəçilərin həyat keyfiyyətinə gizli təhlükə" adlı tədqiqat üzərində işləyən alimlər Almaniyanın ali məktəblərində oxuyan tələbələr arasında sorğu keçiriblər. Hər üçüncü tələbə etiraf edib ki, dostlarının istirahət zamanı çəkdiyi foto və ya videolara baxdıqda, statuslarını oxuduqda onlarda paxıllıq hissi yaranır.
Sosioloqların fikrincə, "Facebook"dan istifadə nəticəsində yaranan paxıllıq hissi insanların həyatdan zövq almasına mane olaraq onlarda depressiya və nevroz kimi xəstəliklərin yaranmasına səbəb olur. Tədqiqatın nəticəsinə əsasən, sosial şəbəkədən az istifadə edən və ya ondan heç istifadə etməyən şəxslər özlərini "Facebook"un aktiv istifadəçilərindən daha xoşbəxt hiss edirlər. "Əksəriyyətin "Facebook"u mənfi qəbul etməsi bizi heyrətləndirdi. Sosial şəbəkə yalnızlıq, məyusluq və qəzəb hissini artırır" – tədqiqatçı Anna Krasnov iddia edib.
Alimlər "Facebook"da keçirilən vaxtı azaltmağı və paxıllığa səbəb olan məzmundan uzaq durmağı tövsiyə edirlər. Problemin digər həlli hələ ki yoxdur. "Facebook" dünyanın ən populyar sosial şəbəkəsidir, təxminən 1 milyard insan ondan istifadə edir.
Emil Hüseynov
Baxış sayı: 886
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib