Tarix:25/01/13
Respublikada fəaliyyət göstərən digər kommunal xidmət müəssisələri, mobil telefon operatorları, sabit telefon şəbəkəsinin sistemə qoşulması üçün məqsədyönlü fəaliyyət davam etdirilir. "İCTnews" elektron xəbər xidmətinə bu barədə Mərkəzi Bankdan (MB) məlumat verilib.
MB-dan qeyd edilib ki, abonent KÖMİS-in xidmətlərindən istifadə etmək üçün ilkin olaraq, sistemin "www.apus.az" internet səhifəsinin "Ödəniş xidmətləri" bölməsində "Real rejimdə qeydiyyat" funksionalına daxil olmalı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil etməklə qeydiyyatdan keçməlidir.
Qeydiyyat zamanı abonent istifadəçisi olduğu xidmətlər üzrə uyğun müəssisələr tərəfindən ona verilmiş abonent hesablarını sistemə daxil etməli və interaktiv rejimdə həmin hesabları KÖMİS tərəfindən avtomatik rejimdə verilən unikal kod ilə əlaqələndirməlidir. Qeydiyyat prosesində çətinlik olarsa, "www.apus.az" internet səhifəsinin "Ödəniş mexanizmləri" bölməsində yerləşdirilmiş videotəlimatlardan istifadə etmək olar.
Qeydiyyat prosesi başa çatdıqdan sonra abonentə sistem tərəfindən avtomatik rejimdə verilmiş unikal abonent kodunu, həmin kod ilə əlaqələndirilmiş abonent hesablarını, "İnternet service" xidməti vasitəsilə ödənişlərin aparılması üçün nəzərdə tutulmuş ilkin şifrəni özündə əks etdirən "Qeydiyyat vərəqəsi" təqdim edilir. Bundan sonra abonent "www.apus.az" internet səhifəsinin "Ödəniş xidmətləri" bölməsində ona verilmiş unikal kodu və ilkin şifrəni daxil etməklə "Şəxsi virtual kabineti"nə daxil olub borclarını öyrənə və ödənişlərini apara bilər. İlk dəfə sistemə daxil olduqda abonent qeydiyyat zamanı avtomatik rejimdə ona verilmiş ilkin şifrəni dəyişdirməlidir.
Qeyd etmək lazımdır ki, abonent eyni zamanda KÖMİS-ə qoşulmuş hər hansı bir bank və yaxud poçt bölməsində də şəxsiyyət vəsiqəsini və istifadəçisi olduğu xidmətlər üzrə uyğun müəssisələr tərəfindən ona verilmiş abonent hesablarını təqdim etməklə qeydiyyatdan keçə bilər. Bundan sonra abonent istənilən bank və poçt bölməsində borcları haqqında məlumat ala və ödənişlərini apara bilər.
HƏQİQƏT
Mobil telefon operatorları, sabit telefon şəbəkəsinin KÖMİS-ə qoşulması üçün işlər davam etdirilir
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) qoşulmuş kütləvi xidmət müəssisələrinin göstərdiyi xidmətlər üzrə ödənişlər həyata keçirilən qurumlara hal-hazırda "Azəriqaz" QSC, "Azərsu" ASC, "Azərenerji" ASC və "Bakıelektrikşəbəkə" ASC daxildir.Respublikada fəaliyyət göstərən digər kommunal xidmət müəssisələri, mobil telefon operatorları, sabit telefon şəbəkəsinin sistemə qoşulması üçün məqsədyönlü fəaliyyət davam etdirilir. "İCTnews" elektron xəbər xidmətinə bu barədə Mərkəzi Bankdan (MB) məlumat verilib.
MB-dan qeyd edilib ki, abonent KÖMİS-in xidmətlərindən istifadə etmək üçün ilkin olaraq, sistemin "www.apus.az" internet səhifəsinin "Ödəniş xidmətləri" bölməsində "Real rejimdə qeydiyyat" funksionalına daxil olmalı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil etməklə qeydiyyatdan keçməlidir.
Qeydiyyat zamanı abonent istifadəçisi olduğu xidmətlər üzrə uyğun müəssisələr tərəfindən ona verilmiş abonent hesablarını sistemə daxil etməli və interaktiv rejimdə həmin hesabları KÖMİS tərəfindən avtomatik rejimdə verilən unikal kod ilə əlaqələndirməlidir. Qeydiyyat prosesində çətinlik olarsa, "www.apus.az" internet səhifəsinin "Ödəniş mexanizmləri" bölməsində yerləşdirilmiş videotəlimatlardan istifadə etmək olar.
Qeydiyyat prosesi başa çatdıqdan sonra abonentə sistem tərəfindən avtomatik rejimdə verilmiş unikal abonent kodunu, həmin kod ilə əlaqələndirilmiş abonent hesablarını, "İnternet service" xidməti vasitəsilə ödənişlərin aparılması üçün nəzərdə tutulmuş ilkin şifrəni özündə əks etdirən "Qeydiyyat vərəqəsi" təqdim edilir. Bundan sonra abonent "www.apus.az" internet səhifəsinin "Ödəniş xidmətləri" bölməsində ona verilmiş unikal kodu və ilkin şifrəni daxil etməklə "Şəxsi virtual kabineti"nə daxil olub borclarını öyrənə və ödənişlərini apara bilər. İlk dəfə sistemə daxil olduqda abonent qeydiyyat zamanı avtomatik rejimdə ona verilmiş ilkin şifrəni dəyişdirməlidir.
Qeyd etmək lazımdır ki, abonent eyni zamanda KÖMİS-ə qoşulmuş hər hansı bir bank və yaxud poçt bölməsində də şəxsiyyət vəsiqəsini və istifadəçisi olduğu xidmətlər üzrə uyğun müəssisələr tərəfindən ona verilmiş abonent hesablarını təqdim etməklə qeydiyyatdan keçə bilər. Bundan sonra abonent istənilən bank və poçt bölməsində borcları haqqında məlumat ala və ödənişlərini apara bilər.
HƏQİQƏT
Baxış sayı: 967
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib