Tarix:26/01/13
2012-ci il ərzində vətəndaşlardan birbaşa RİTN-ə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 592 ədəd azalaraq 1716 ədəd təşkil edib. Ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı əvvəlki dövrlə müqayisədə 306 ədəd azalaraq 463 ədəd təşkil edib. Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə yaradılmış "qaynar xətt"ə 4729 ədəd ( o cümlədən 227-i elektron formada) müraciət daxil olub.
Bundan sorğu xarakterli 1349 müraciət üzrə müvafiq cavablandırma və zəruri olan izahatlar verilib, qalan şikayət xarakterli 3380 müraciətdən (o cümlədən 1525-i telefonun işləməməsi, 1349-u internetlə, 156-ı poçtla, 112-i telefon çəkilişi və s. ilə bağlı) 3243-ü müsbət həll olunub. Hesabat dövründə 344 vətəndaş müxtəlif məsələlərlə əlaqədar qəbulla bağlı nazirliyə şəxsən müraciət edib.
Qəbula gəlmiş vətəndaşlar aidiyyəti üzrə RİTN-in rəhbərliyi, müvafiq şöbə müdirləri birlik və müəssisələrin rəhbərliyi tərəfindən qəbul edilib.
Qeyd edək ki, RİTN-in yeni saytının istifadəyə verilməsindən sonra elektron formada daxil olan müraciətlərin sayında artım (dekabr ayında 146 müraciət) dinamikası müşahidə edilir ki, bunu vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və asanlaşdırılması kimi dəyərləndirmək olar.
HƏQİQƏT
2012-ci ildə RİTN-nə daxil olan müraciətlərin sayı azalıb
Əhaliyə göstərilən xidmətlərdə problemlərin yaranmasının qarşısının alınması və vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) yaradılmış "qaynar xətt"ə və elektron ünvana daxil olan hər bir məlumat və sorğu aidiyyəti üzrə araşdırılır və vətəndaşa məlumat verilir.2012-ci il ərzində vətəndaşlardan birbaşa RİTN-ə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 592 ədəd azalaraq 1716 ədəd təşkil edib. Ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı əvvəlki dövrlə müqayisədə 306 ədəd azalaraq 463 ədəd təşkil edib. Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə yaradılmış "qaynar xətt"ə 4729 ədəd ( o cümlədən 227-i elektron formada) müraciət daxil olub.
Bundan sorğu xarakterli 1349 müraciət üzrə müvafiq cavablandırma və zəruri olan izahatlar verilib, qalan şikayət xarakterli 3380 müraciətdən (o cümlədən 1525-i telefonun işləməməsi, 1349-u internetlə, 156-ı poçtla, 112-i telefon çəkilişi və s. ilə bağlı) 3243-ü müsbət həll olunub. Hesabat dövründə 344 vətəndaş müxtəlif məsələlərlə əlaqədar qəbulla bağlı nazirliyə şəxsən müraciət edib.
Qəbula gəlmiş vətəndaşlar aidiyyəti üzrə RİTN-in rəhbərliyi, müvafiq şöbə müdirləri birlik və müəssisələrin rəhbərliyi tərəfindən qəbul edilib.
Qeyd edək ki, RİTN-in yeni saytının istifadəyə verilməsindən sonra elektron formada daxil olan müraciətlərin sayında artım (dekabr ayında 146 müraciət) dinamikası müşahidə edilir ki, bunu vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və asanlaşdırılması kimi dəyərləndirmək olar.
HƏQİQƏT
Baxış sayı: 1658
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı