12px13px15px17px
Tarix:26/01/13

İran gömrükçüləri Azərbaycana gömrük rəsmiləşdirməsini elektron qaydada aparmağı təklif ediblər

İran gömrükçüləri Azərbaycanla sərhəd-gömrük məntəqələrində tərəflərin ərazilərində tərtib olunaraq, elektron qaydada mübadilə edilən məlumatlar əsasında müvafiq gömrük rəsmiləşdirməsini təklif ediblər.

"ICTnews" elektron xəbər xidmətinə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat xidmətindən bildirilib ki, təklif İslam Respublikasının Astara şəhərində Azərbaycan və İran gömrük xidmətlərinin rəhbər vəzifəli şəxsləri arasında keçirilən görüş zamanı irəli sürülüb. Azərbaycan gömrükçüləri sözügedən fəaliyyət üçün müvafiq hüquqi normaların, həmçinin texniki imkanların eyniliyi mövcud olduqda, onun həyata keçirilməsinin mümkünlüyü və ümumilikdə, bu prosesin ətraflı öyrənilməsinin zəruriliyini iranlı həmkarlarının diqqətinə çatdırıblar.

DGK sədrinin müavini, gömrük xidməti general-leytenant Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyətinin təmsil olunduğu bu görüşdə gömrük işi sahəsində yaranan problemlərin vaxtında öz həllini tapması üçün sərhəd-gömrük idarələrinin rəislərinin ayda bir dəfə görüşünün təşkil edilməsi və bunun mütəmadi əsasda həyata keçirilməsi, zərurət yarandıqda isə bu görüşlərin daha tez-tez keçirilməsi də təklif edilib.

HƏQİQƏT



Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024