12px13px15px17px
Tarix:26/01/13

“Cert.gov.az” artıq “Twitter”də”

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi də sosial şəbəkələrdə rəsmi səhifə yaradıb.

Mərkəzdən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, qurumun rəsmi «Twitter» səhifəsinə abunə olaraq dünyada və Azərbaycandakı ən son təhlükələr, təhlükəsizlik tədbirləri, təlimlər və sair mövzuda xəbərləri izləmək mümkündür.

Mərkəzin yaydığı məlumata görə, «Twitter» səhifəsində məlumatlar tez-tez yenilənir. Buna görə də sosial şəbəkələrdən istifadə edənlər qurumun informasiyalarından daha tez və daha səmərəli formada yararlana biləcəklər.

SEYMUR



Baxış sayı: 763

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024