12px13px15px17px
Tarix:28/01/13

“AZAL” qrup daşımalarında elektron format tətbiq edir

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təklif etdiyi elektron xidmətlərdən biri də qrup daşınmasıdır. "AZAL" bildirir ki, qrupların daşınması üçün əvvəlcə Qapalı Səhmdar Cəmiyyətin rəsmi internet səhifəsinə (azal.az) daxil olub elektron ərizə formasını doldurmaq lazımdır.

Bu barədə "AZAL"-dan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, elektron ərizə formasında qrupun adı, marşrut istiqaməti, gediş və dönüş tarixləri, böyüklər və kiçiklər, xidmət sinfi, qrupun xarakteri (sərnişinlərin kateqoriyası), sifarişçinin adı, soyadı (şirkətin adı, əgər sifarişçi hüquqi şəxsdirsə), əlaqə telefonu, elektron poçtun əlaqə ünvanı və qrupun daşınması ilə əlaqədar sifarişçinin fikrincə, daşıyıcı üçün zəruri olacaq istənilən növ əlavə məlumat qeyd olunmalıdır.

Azərbaycan Hava Yolları reysləri ilə qrup şəklində aviadaşımaların rəsmiləşdirilməsi qaydalarında keçən termin və anlayışların izahını verir. "AZAL" bildirir ki, burada işlədilən "Aviaşirkət" (Daşıyıcı) və ya "Aviaşirkətin (Daşıyıcının) reysləri" – Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti və ya Azərbaycan Hava Yolları QSC-nin "J2" kodu ilə yerinə yetirilən bütün reysləri əhatə edir.

Eyni zamanda, "ABS" Azərbaycan Hava Yolları Aviasiya şirkətinin avtomatlaşdırılmış bronlaşdırma sistemini ifadə edir. "Qrup"a 2 yaşından böyük sərnişinlərdən ibarət olan, "ekonom" sinifdə 10 nəfərdən, "biznes" sinifdə 6 nəfərdən az olmayan, Azərbaycan Hava Yolları QSC-nin eyni reyslərinə, bütün uçuş marşrutu üzrə eyni tarixlərə bronlaşdırılmış kollektiv daxildir.

«Qarışıq daşıma» isə ("biznes" + "ekonom") 10 nəfərdən az olmayan sərnişinlərdən ibarət olan kollektiv həmçinin qrup sayılır. "Qrup şəklində daşıma" anlayışı isə özündə Azərbaycan Hava Yolları aviasiya şirkətinin eyni reyslərinə, bütün uçuş marşrutu üzrə eyni tarixlərə bronlaşdırılmış sərnişin qrupunun verilmiş istiqamətdə və geriyə daşınmasını ifadə edir.

Şirkət onu da bildirir ki, sərnişinlərin bir tərəfə (OW) daşınmasına qrup şəklində daşınma kimi baxıla bilməz."Qrup tarifi" termini hər hansı məzənnə və yığımlar nəzərə alınmadan konkret qrup daxilində bir sərnişin üçün daşıma dəyərini nəzərdə tutur. "Səlahiyyətli agent" isə sərnişinlərə xidmət göstərilməsi sahəsində əlavə tədbirlərin, o cümlədən pul məbləğinin qaytarılması, dublikatların rəsmiləşdirilməsi və digər xidmət funksiyalarının yerinə yetirilməsi üzrə tədbirlərin həyata keçirilməsi üçün daşıyıcının adından xüsusi sənədlə səlahiyyət verilmiş təşkilatdır:

«Qrup şəklində daşımanın bronlaşdırılması və dəyərinin hesablanmasının mümkünlüyünə baxılması məqsədilə Sifarişçi aviaşirkətin "www.azal.az" (www.swtravel.az) rəsmi veb-saytı vasitəsilə və ya "group.res@swtravel.az" (group.res@azal.az ) elektron poçta standart formada qrup haqqında minimal məlumata malik olan yazılı sifariş göndərməlidir. Yazılı sifarişə elektron ərizə formasında göstərilən bölmələr dəqiqliklə doldurulmalıdır».

SEYMUR



Baxış sayı: 1196

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024