Tarix:28/01/13
"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, 2013-cü ilin ikinci yarısında sensor noutbukların nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir. Bu, sensor ekranların birləşdirici kontrollerlərinin maya dəyərinin azalması nəticəsində baş verəcək. "TrendForce" bildirib ki, sensor noutbukların uğur qazanmasında proqram təminatı həlledici rol oynamalıdır. Ekspertlər qeyd edirlər ki, "Windows 8" əməliyyat sisteminin istifadəçi interfeysi bir sıra qüsurlara malik olduğundan bu platforma üçün proqramların çeşidi hələ ki məhdudlaşdırılmışdır.
Mütəxəssislər sensorla idarə olunan leptopların gələcəyini müsbət qiymətləndirirlər. Lakin onlar xəbərdarlıq edirlər ki, smartfon və planşetlərin artmaqda olan məşhurluğu noutbuklar seqmentinə mənfi təsir göstərməkdə davam edəcək.
"Digitimes Research" şirkətinin analitikləri proqnozlaşdırırlar ki, 2013-cü ilin I rübündə dünya bazarına ümumilikdə 43,45 milyon leptop çıxarılacaq ki, bu da 2012-ci ilin həmin dövrü və əvvəlki kvartal ilə müqayisədə 8,9% və 10,4% daha az olacaq. Ekspertlər bildiriblər ki, əgər proqnoz təsdiqlənərsə, bu, 2009-cu ilin ikinci yarısından indiyə kimi ən aşağı rüblük nəticə olacaq.
Emil Hüseynov
2013 sensor noutbukların ili olacaq
Bu il kompüter qurğularının dünya bazarında sensor ekranlara malik noutbuklar diqqət mərkəzində olacaq. Əgər ötən il bu tip modellərin yayılma dərəcəsi 0,9% idisə, 2013-cü ildə 7,3%-ə qədər artacaq. Tayvanın tədqiqat şirkəti olan "TrendForce"-un mütəxəssislərinin proqnozlarına görə, artıq 3 ildən sonra bu göstərici 35% təşkil edəcək."ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, 2013-cü ilin ikinci yarısında sensor noutbukların nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir. Bu, sensor ekranların birləşdirici kontrollerlərinin maya dəyərinin azalması nəticəsində baş verəcək. "TrendForce" bildirib ki, sensor noutbukların uğur qazanmasında proqram təminatı həlledici rol oynamalıdır. Ekspertlər qeyd edirlər ki, "Windows 8" əməliyyat sisteminin istifadəçi interfeysi bir sıra qüsurlara malik olduğundan bu platforma üçün proqramların çeşidi hələ ki məhdudlaşdırılmışdır.
Mütəxəssislər sensorla idarə olunan leptopların gələcəyini müsbət qiymətləndirirlər. Lakin onlar xəbərdarlıq edirlər ki, smartfon və planşetlərin artmaqda olan məşhurluğu noutbuklar seqmentinə mənfi təsir göstərməkdə davam edəcək.
"Digitimes Research" şirkətinin analitikləri proqnozlaşdırırlar ki, 2013-cü ilin I rübündə dünya bazarına ümumilikdə 43,45 milyon leptop çıxarılacaq ki, bu da 2012-ci ilin həmin dövrü və əvvəlki kvartal ilə müqayisədə 8,9% və 10,4% daha az olacaq. Ekspertlər bildiriblər ki, əgər proqnoz təsdiqlənərsə, bu, 2009-cu ilin ikinci yarısından indiyə kimi ən aşağı rüblük nəticə olacaq.
Emil Hüseynov
Baxış sayı: 850
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır