12px13px15px17px
Tarix:29/01/13

“Yahoo!” investorları sevindirib

"Yahoo!" internet şirkəti 2012-ci ilin son rübü üzrə iş fəaliyyəti haqqında hesabat dərc edib. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, dördüncü rübdə şirkətin əməliyyat mənfəəti 1 səhm üçün 32 sent, satışların həcmi 4 faiz artaraq 1,22 milyard dollar təşkil edib.

Şirkətin baş direktoru Marissa Meyer bildirib ki, son rübdə istifadəçilər həm "Yahoo!"-nun saytlarında, həm də əməkdaşlıq layihələrində çox vaxt keçirdiyinə görə göstəricilər daha yaxşı olub. Bununla belə, o, həmçinin etiraf edib ki, "Yahoo!" əvvəlki kimi çətin vəziyyətdədir, çünki "Google", "Facebook", "Twitter" və daha kiçik internet şirkətləri tərəfindən güclü təzyiq mövcuddur.

Şirkətin proqnozuna əsasən, cari ilin birinci rübündə şirkətin mənfəəti 1,07-1,10 milyard dollar həcmində təşkil edəcək. 2013-cü ildə "Yahoo!" 4,5-4,6 milyard dollar həcmində gəlir əldə edəcəyinə ümid edir. Hesabat rübündə şirkətin xalis mənfəəti 7,9 faiz azalaraq 272,3 milyon dollar təşkil edib. Hesabata əsasən, ötən ilin dördüncü rübündə qrafik reklamın satış həcmi 591 milyon dollar təşkil edib.

"eMarketer" tədqiqat şirkətinin proqnozuna əsasən, cari ildə qrafik reklam bazarının həcmi 17,7 milyard dollar təşkil edəcək. Şirkətin direktoru bildirib ki, hazırda "Yahoo!" internet şirkətinin planına şirkətin portalını internetin ən çox ziyarət saytlarının onluğunda yer alması daxildir.

Həmçinin "Yahoo!"-ya məxsus "Flickr" portalında yerləşdirilmiş fotoların həcmi ötən il ərzində 25 faiz artıb.

Emil Hüseynov



Baxış sayı: 792

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024