12px13px15px17px
Tarix:29/01/13

Ramil Usubov: «24 elektron xidmət üzrə inzibati reqlamentlər təsdiqlənərək Hüquqi Aktların Dövlət Reyestrində qeydə alınıb»

Daxili İşlər Nazirliyində 2012-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, dövlətimizin qüdrətlənməsinin vacib amillərindən olan ictimai asayiş, vətəndaşların qanuni mənafeləri əvvəlki dövrlərdə olduğu kimi, ötən il də etibarlı qorunub, qarşıda duran vəzifələr vaxtında və tam yerinə yetirilib.

Qeyd edilib ki, cinayətlərin profilaktikasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində, bu sahədə operativ tədbirlərin görülməsində müasir texniki vasitələrin və informasiya texnologiyalarının da böyük rolu olub. Təkcə "102" xidmətinə daxil olan məlumatlar əsasında 8502 hüquqazidd əməlin qarşısı alınıb, 2051 cinayət işi başlanıb. "Təhlükəsiz şəhər" xidmətinin texniki imkanları sayəsində 61 cinayət açılıb, 6656 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanıb, axtarışda olan 66 avtomobil saxlanılıb.

Vahid məlumat-axtarış sistemi vasitəsilə məhkumluq, təqsirləndirilən şəxslər, avtonəqliyyat vasitələri, odlu silahlar və s. haqqında 455 minə yaxın sorğu cavablandırılıb, axtarılan 875 şəxs müəyyən edilib. R.Usubov vurğulayıb ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin Fərmanına uyğun olaraq, nazirlik Elektron Hökumət İnformasiya Sisteminə qoşulub, göstərilən 24 elektron xidmət üzrə inzibati reqlamentlər təsdiqlənərək Hüquqi Aktların Dövlət Reyestrində qeydə alınıb.

SEYMUR



Baxış sayı: 773

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024