12px13px15px17px
Tarix:29/01/13

ARDNŞ “Microsoft”la strateji saziş imzaladı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində "Microsoft" korporasiyasının lisenziyalı proqram təminatının istifadəsi üzrə strateji saziş imzalanıb.

Korporasiya ilə strateji əməkdaşlıq və "Microsoft Enterprise Agreement" korporativ lisenziyalaşdırması proqramı çərçivəsində uzunmüddətli lisenziya razılaşması, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işgüzar fəaliyyətin səmərəliliyini yüksəltməyə, ən müasir texnologiyalar əsasında informasiya mühitinin yenidən qurulmasını təmin etməyə, idarəetməni sadələşdirməyə və müəllif hüquqlarının müdafiəsinə kömək edəcək.

Azərbaycanda "Microsoft Large Account Reseller" statusuna malik olan "Softline" şirkəti proqram təminatının lisenziyalaşdırılması layihəsinin operatoru kimi çıxış edib. Müqavilə çərçivəsində əldə edilən lisenziyalı "Microsoft" proqram təminatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kompüter parkının işi üçün bütün proqram platformasını əhatə edir.

"Microsoft Large Account Reseller" statusu "Softline" şirkətinə lisenziyalaşdırmanın xüsusi şərtlərinə görə böyük şirkətlərlə (250-dən çox fərdi kompüter) işləmək imkanı verir. Bu lisenziya eləcə də müştəriyə sertifikatlaşdırılmış mütəxəssislərlə əməkdaşlıq və proqram təminatının seçimi məsələlərində məsləhət xidmətlərindən əlavə, həm də lisenziyalaşdırmanın ən optimal və qənaətli üsullarını təklif edir.

"Microsoft" ilə saziş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə lisenziyaların ümumi dəyərini azaltmağa imkan verəcək. Müqaviləyə görə, ödəniş, illik ödənişlər şəklində aparılacaq ki, bu da proqram təminatının əldə edilməsinə birdəfəlik böyük sərmayələrdən yan keçməyə imkan verəcək. "Microsoft" platformasında standartlaşdırma istifadəçilərin dəstəklənməsinə ayrılan xərclərin əhəmiyyətli ixtisarına gətirib çıxarır və sifarişçiyə proqram təminatının əldə edilməsinə ayrılan xərclərə tamamilə nəzarət etmək imkanı yaradır.

Bu halda bir fərdi kompüter üçün lisenziya dəyəri saziş müddəti ərzində sabit qalır. Sifarişçi həmçinin "Microsoft" məhsullarının ən son versiyalarını istifadə etmək fürsəti əldə edir (Software Assurance lisenziyalaşdırılması modeli) və hal-hazırda istifadə edilən versiyaların yenilənməsini izləmək üçün tələb olunan inzibati xərclərə ehtiyac qalmır. Bu həll, proqram məhsullarının yeni versiyalarının əldə edilməsinə ayrılan inzibati xərclərin və planlaşdırılmamış xərclərin ixtisarına gətirib çıxarır.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti neft və qazçıxarma sahəsində dinamik şəkildə İT texnologiyalarının tətbiqinə doğru hərəkət edir və şirkətdaxili İT infrastrukturunun inkişafına və informasiya təhlükəsizliyinin yüksək səviyyədə təminatına böyük diqqət ayırır. Bununla əlaqədar olaraq bizim üçün "Enterprise Agreement" proqramı üzrə "Microsoft" korporasiyası ilə müqavilə bağlamaq, partnyorlar və dünya ictimaiyyəti arasında sabitliyimizin əlavə zamini olması üçün əhəmiyyətli idi. Bizim üçün istifadə edilən proqram təminatının keyfiyyəti son dərəcə əhəmiyyətlidir. Müxtəlif ölkələrdə partnyorların dairəsini genişləndirərək, şirkətimizin səviyyəsinin dünya standartlarına uyğunluğuna arxayın olmaq istəyirik", - deyə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İT və Kommunikasiya şöbə müdiri İnayət Hüseynov vurğulayıb.

"Son illər ərzində uğurlu iqtisadi artım müşahidə olunan Azərbaycan Respublikasında gələcək inkişaf üçün resurshəcmli iqtisadiyyatdan ən yeni texnologiyalara söykənən iqtisadiyyata doğru inkişaf nəzərə çarpır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin öz istehsal fəaliyyəti üçün "Microsoft" korporasiyasını seçməsi, informasiya standartı kimi bizim platformamızı tətbiq etməsi bizə çox xoşdur. "Microsoft" texnologiyalarının tətbiqi milli sənayenin liderinə öz işgüzar proseslərini idarə etmək və işgüzar fəaliyyətin dinamik artmasını Azərbaycan Respublikasında, həm də onun hüdudları xaricində daha səmərəli və elastik şəkildə həyata keçirməyə imkan yaradacaq", - deyə, "Microsft" korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Aleksey Reştenko vurğulayıb.

"Biz bu cür əməkdaşlıqlara şadıq və ümid edirik ki, imzalanmış saziş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan regionunda aparıcı mövqeyini möhkəmləndirməyə imkan yaradacaq. Bu əhəmiyyətli razılaşmanın ümumi vəziyyətə və bizim ölkəmizdə intellektual mülkiyyətin müdafiəsi sahəsinə müsbət təsir edəcəyinə biz əminik. Milli sənayenin lideri müəllif hüquqlarının və informasiya təhlükəsizliyinin müdafiəsinə diqqət yetirməsi və digər şirkətlər üçün nümunə olması təqdirəlayiqdir", - deyə "Microsoft Azerbaijan"ın baş meneceri Rüfət Hacıəlibəyov qeyd edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13.09.1992-ci il Fərmanı ilə "Azərineft" Dövlət Konserninin və "Azərneftkimya İstehsalat Birliyinin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. Şirkət həmçinin, böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirir.

RƏVAN



Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024