12px13px15px17px
Tarix:29/01/13

Vaterloo Universitetinin nümayəndələri ilə kompüter elmləri sahəsində təhsil almaq istəyənlərin görüşü olacaq

Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri fevralın 11-15-də Azərbaycanda səfərdə olacaqlar.

“ICTnews” elektron xəbər xidmətinin Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Bakının bir neçə orta məktəblərində riyaziyyat fənni üzrə seminarlar təşkil ediləcək, şagirdlərə riyaziyyat və kompüter elmləri sahəsində uğurlu karyera haqqında məlumatlar veriləcək, riyaziyyatın müxtəlif sahələrində mövcud olan maraqlı problemlər və onların həlli barəsində danışılacaq.

Eyni zamanda Vaterloo Universitetinin Riyaziyyat və Kompüter Elmləri fakültəsinə sənəd vermək istəyən abituriyentlər üçün Bakı Təhsil İnformasiya Mərkəzində xüsusi görüşlər təşkil ediləcək və abituriyentlərə Vaterloo Universitetinin Riyaziyyat fakültəsinin ingilis dili testi təqdim ediləcək.

Testi müvəffəqiyyətlə keçən və qəbul üçün tələb olunan başqa sənədləri (orta məktəb qiymətləri) təqdim edən abituriyentlərə Kanada Vaterloo Universitetinə qəbul haqqında sənəd veriləcək. Daha geniş məlumat almaq üçün “iakhundo@uwaterloo.ca” e-mail ünvanına müraciət etmək olar. Qeyd edək ki, hazırda Vaterloo Universitetində Azərbaycandan 35 tələbə Xaricdə Təhsil üzrə Dövlət Proqramı xətti ilə müvəffəqiyyətlə təhsilini davam etdirirlər.

CAHANGİR



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024