12px13px15px17px
Tarix:28/07/11

“Symantec” şirkətinin gəliri gözləmələrdən yuxarı olub

Kompyuter təhlükəsizliyi üçün aparıcı proqram təminatı yaradıcısı “Symantec” şirkəti maliyyə rübünü gəlirlə bitirib və ardıcıl olaraq artıq dördüncü dəfə bu göstərici ilə “Wall Street” analitiklərinin proqnozlarını üstələyib. Maraqlıdır ki, gəlirin artmasına haker fəallığının dalğası imkan yaradıb.
İyul ayının 27-də dərc edilmiş “Symantec” hesabatına əsasən birinci maliyyə rübündə (şirkət üçün iyul ayının 1-də bitib) gəlir səhm üçün 40 sent təşkil edib. “Thomson Reuters I”/B/E/S sorğusunda iştirak etmiş ekspertlər orta hesabla 37 sent səviyyəsində gəlir proqnozlaşdırırdılar. “Symantec”in rüblük gəliri 1,65 milyard ABŞ dollarına çatıb, halbuki analitiklər bu rəqəmin 1,59 milyard Amerika dolları təşkil edəcəyini proqnozlaşdırırdılar.
Növbəti rübə gəlincə, proqram təminatı istehsalçısı səhm üçün 38-39 sent ölçüsündə gəlir hesablayır, bu da analitiklərin orta proqnozuna uyğundur. “Symantec” şirkətinin qiymətləndirməsinə görə, növbəti maliyyə rübündə onun rüblük gəliri 1,66-1,68 milyard ABŞ dolları təşkil edəcək və yenə də bu göstəricini 1,62 milyard Amerika dolları səviyyəsində proqnozlaşdıran ekspertlərin proqnozunu üstələyəcək. “FBR Capital Markets” analitik şirkətinin mütəxəssisi Deniel İvz qeyd edib ki, indi investorlar “Symantec” şirkətinə daha çox etibar edə bilərlər, belə ki, şirkətin işi daha da sabitləşib, onun gəlirləri gözləmələrə daim uyğundur və ya onları azca üstələyir.


www.dailycomm.ru



Baxış sayı: 1132

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024