Tarix:30/01/13
“Azercell Telekom”un baş ofisində həmin layihənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Şirkətin prezidenti Kiril Qaburiçin iştirak etdiyi mərasimdə 36 ən yaxşı satıcı Fəxri fərmanla təltif olunub. Bundan əlavə, onlara şirkətdən xüsusi hədiyyələr də təqdim edilib.
Layihənin əsas məqsədi “Azercell”in təqdim etdiyi xidmətlərin dilerlərə daha yaxşı tanıdılması, bu yolla yeniliklərin abunəçilər arasında daha da populyarlaşdırılmasına nail olmaqdır. “Azercell Xidmətlərini Bil” müsabiqəsi çərçivəsində şirkətin bütün respublika üzrə Diler/Distribüter dükan şəbəkələrində çalışan, “Azercell”in xidmət, tarif və kampaniyalarını yüksək səviyyədə bilən ən yaxşı satıcılar seçilib.
Satış təmsilçilərindən ibarət monitorinq qrupunun iştirakı ilə baş tutan seçim nəticəsində 36 satıcı qalib elan olunub. Onlardan 18 nəfəri Bakı, 18 nəfəri isə bölgələri (hər bölgədən 3 satıcı olmaqla) təmsil edir.
Qalibləri təbrik edən Kiril Qaburiç onlara fəaliyyətlərində uğurlar arzulayıb və bu cür tədbirlərin “Azercell” xidmətlərinin daha yüksək səviyyəyə qaldırılmasına yardım etdiyini söyləyib. Cənab Qaburiç ənənə halını almış bu müsabiqənin növbəti illərdə də davam etdiriləcəyini bəyan edib.
RƏVAN
Ən yaxşı satıcılar mükafatlandırıldı
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC çoxsaylı xidmətlərinin tanıdılması istiqamətində layihələrini davam etdirir. Bu təşəbbüslərdən biri də neçə illərdir ki, ənənəvi olaraq reallaşdırılan “Azercell Xidmətlərini Bil” layihəsidir.“Azercell Telekom”un baş ofisində həmin layihənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Şirkətin prezidenti Kiril Qaburiçin iştirak etdiyi mərasimdə 36 ən yaxşı satıcı Fəxri fərmanla təltif olunub. Bundan əlavə, onlara şirkətdən xüsusi hədiyyələr də təqdim edilib.
Layihənin əsas məqsədi “Azercell”in təqdim etdiyi xidmətlərin dilerlərə daha yaxşı tanıdılması, bu yolla yeniliklərin abunəçilər arasında daha da populyarlaşdırılmasına nail olmaqdır. “Azercell Xidmətlərini Bil” müsabiqəsi çərçivəsində şirkətin bütün respublika üzrə Diler/Distribüter dükan şəbəkələrində çalışan, “Azercell”in xidmət, tarif və kampaniyalarını yüksək səviyyədə bilən ən yaxşı satıcılar seçilib.
Satış təmsilçilərindən ibarət monitorinq qrupunun iştirakı ilə baş tutan seçim nəticəsində 36 satıcı qalib elan olunub. Onlardan 18 nəfəri Bakı, 18 nəfəri isə bölgələri (hər bölgədən 3 satıcı olmaqla) təmsil edir.
Qalibləri təbrik edən Kiril Qaburiç onlara fəaliyyətlərində uğurlar arzulayıb və bu cür tədbirlərin “Azercell” xidmətlərinin daha yüksək səviyyəyə qaldırılmasına yardım etdiyini söyləyib. Cənab Qaburiç ənənə halını almış bu müsabiqənin növbəti illərdə də davam etdiriləcəyini bəyan edib.
RƏVAN
Baxış sayı: 688
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır