12px13px15px17px
Tarix:30/01/13

“Philips” videotexnika istehsalından imtina edib

Avropanın ən böyük məişət texnikası istehsalçısı "Philips" şirkəti audio və videotexnika bölməsini satır.

"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, sazişin qiyməti 150 milyon avro həcmində qiymətləndirilir. Tərəflər əməliyyatı 2013-cü ilin ikinci yarısında başa çatdırmağı planlaşdırırlar. Hollandiya şirkətinin idarəetməsi hesab edir ki, işıq texnikası və məişət texnikası kimi gəlirli istehsal sahələrinə diqqət ayırmaq daha əlverişlidir.

Şirkət, həmçinin 2012-ci ilin dördüncü rübü üzrə hesabatını dərc edib. Şirkət 355 milyon avro həcmində zərərə məruz qalıb. 2012-ci il üzrə mədaxil 4 faiz artaraq 24.8 milyard dollar təşkil edib. "Philips"-in xalis mənfəəti 231 milyard avro təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin müvafiq dövründə "Philips" 1,29 milyard avro həcmində zərərə məruz qalmışdı.

Emil Hüseynov



Baxış sayı: 785

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024