Tarix:30/01/13
"ICTnews" elektron xəbər xidmətinə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, dövlət orqanları ilə birgə aparılan işin nəticəsində reyestri idarə edən "İdarəetmə strukturu və kadr potensialı sistemi"nin istismarı zamanı ortaya çıxan nöqsanlar araşdırılıb və sistemləşdirilib. 2012-ci ildə 38 mərkəzi icra hakimiyyəti orqanı, 78 yerli icra hakimiyyəti orqanı, 97 məhkəmə hakimiyyəti orqanı üzrə əlavə olaraq ümumilikdə 2461 nəfər dövlət qulluqçusu barədə məlumat toplanıb və Reyestrin məlumat bazasına daxil edilib.
Hazırda Reyestr mərkəzi icra, yerli icra və məhkəmə hakimiyyəti orqanları üzrə 22386 nəfər dövlət qulluqçusu barədə məlumatı özündə cəmləşdirib. Bu məlumatlar hər ayın 1-dən gec olmayaraq yenilənir. Həmçinin dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların dövlət orqanları tərəfindən Dövlət Qulluqçularının Reyestrinə vaxtında, tam və düzgün verilməsini təmin etmək üçün hər bir dövlət orqanında məsul şəxs təyin edilib.
Eyni zamanda reyestrdə olan dövlət qulluqçuları haqqında məlumatların düzgünlüyünü və tamlığını, məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətlərdə komissiyaya daxil olub-olmamasını yoxlamaq üçün yeni proqram təminatları və hesabatlar hazırlanıb.
Bundan əlavə, 22 may tarixində komissiya "Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminin (DQRİS) yenidən qurulması, sənəd dövriyyəsi və elektron xidmətlərin yaradılması üzrə proqram təminatının satınalınması üzrə" açıq tender elan edib. Keçirilmiş tenderin şərtlərinə uyğun olaraq Dövlət Qulluqçularının Reyestri yenidən qurulub istifadəyə veriləcək.
Yeni proqram təminatı imkan verəcək ki, dövlət orqanlarının kadr qurumları internet üzərindən müvafiq dövlət orqanında qulluq keçən şəxslər barədə məlumatları reyestrə daxil etsinlər və bu məlumatlarda müəyyən dəyişikliklər aparsınlar. Artıq qalib şirkətlə texniki tapşırıq razılaşdırılıb və şirkət tərəfindən hazırlanmış pilot layihə komissiyaya təqdim edilib.
CAHANGİR
Dövlət orqanlarının kadr qurumları məlumatları Dövlət Qulluqçularının Reyestrinə internet üzərindən daxil edə biləcəklər
Ötən il ərzində Dövlət Qulluqçularının Reyestri inkişaf etdirilib, buradakı məlumatlar yenilənib və artırılıb."ICTnews" elektron xəbər xidmətinə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, dövlət orqanları ilə birgə aparılan işin nəticəsində reyestri idarə edən "İdarəetmə strukturu və kadr potensialı sistemi"nin istismarı zamanı ortaya çıxan nöqsanlar araşdırılıb və sistemləşdirilib. 2012-ci ildə 38 mərkəzi icra hakimiyyəti orqanı, 78 yerli icra hakimiyyəti orqanı, 97 məhkəmə hakimiyyəti orqanı üzrə əlavə olaraq ümumilikdə 2461 nəfər dövlət qulluqçusu barədə məlumat toplanıb və Reyestrin məlumat bazasına daxil edilib.
Hazırda Reyestr mərkəzi icra, yerli icra və məhkəmə hakimiyyəti orqanları üzrə 22386 nəfər dövlət qulluqçusu barədə məlumatı özündə cəmləşdirib. Bu məlumatlar hər ayın 1-dən gec olmayaraq yenilənir. Həmçinin dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların dövlət orqanları tərəfindən Dövlət Qulluqçularının Reyestrinə vaxtında, tam və düzgün verilməsini təmin etmək üçün hər bir dövlət orqanında məsul şəxs təyin edilib.
Eyni zamanda reyestrdə olan dövlət qulluqçuları haqqında məlumatların düzgünlüyünü və tamlığını, məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətlərdə komissiyaya daxil olub-olmamasını yoxlamaq üçün yeni proqram təminatları və hesabatlar hazırlanıb.
Bundan əlavə, 22 may tarixində komissiya "Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminin (DQRİS) yenidən qurulması, sənəd dövriyyəsi və elektron xidmətlərin yaradılması üzrə proqram təminatının satınalınması üzrə" açıq tender elan edib. Keçirilmiş tenderin şərtlərinə uyğun olaraq Dövlət Qulluqçularının Reyestri yenidən qurulub istifadəyə veriləcək.
Yeni proqram təminatı imkan verəcək ki, dövlət orqanlarının kadr qurumları internet üzərindən müvafiq dövlət orqanında qulluq keçən şəxslər barədə məlumatları reyestrə daxil etsinlər və bu məlumatlarda müəyyən dəyişikliklər aparsınlar. Artıq qalib şirkətlə texniki tapşırıq razılaşdırılıb və şirkət tərəfindən hazırlanmış pilot layihə komissiyaya təqdim edilib.
CAHANGİR
Baxış sayı: 1087
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır