12px13px15px17px
Tarix:30/01/13

“Skype” danışıqlarımıza qulaq asır?

Dünyanın ən populyar onlayn-danışıq servisi olan "Skype" istifadəçilərin danışıqlarını gizli şəkildə dinləməkdə suçlanıb. "ICTnews.az" elektron xəbər xidməti "milli.az" saytına istinadən bildirir ki, bir qrup təşkilat və şəxslər "Microsoft" korporasiyasına açıq məktubla müraciət ediblər.

Onlar "Microsoft"un ötən il satın aldığı "Skype"-ın istifadəçilərin danışıqlarının gizli monitorinqini apardığını bildiriblər. "Yazışma və danışıqların konfidensiallığının təminatında "Skype"-ın qaydaları çox anlaşılmazdır. Xüsusilə də bu servisin hüquq-mühafizə orqanları və üçüncü tərəfə istifadəçilər barədə məlumatlar ötürməsi istisna deyil", - məktubda deyilir. İstifadəçilərin narahatlığı üçün formal səbəb "Skype" və Çinin "TOM Online" şirkəti arasındakı anlaşmadır.

Şirkətlər Çində istifadəçilərə "Skype"-ın birgə versiyasını təqdim edirlər. Lokallaşdırılmış versiyada "arzuolunmaz" mətn məlumatlarını süzgəcdən keçirən blokirator var. Eyni zamanda, "Skype"-ın başqa ölkələrdə də analoji davrandığı vurğulanır.

Məktubu 40-dan artıq təşkilat və 60-dan artıq məşhur alim, iş adamı imzalayıblar. Onların arasında "Electronic Frontier Foundation", "Sərhədsiz Reportyorlar", "Telecomix" və s. var.

Məktub müəllifləri hesab edirlər ki, "Skype"-ı "Microsoft" alandan sonra servisin siyasətində dəyişikliklərin baş verməsi istisna deyil. Hüquq müdafiəçiləri "Skype"-dan istifadəçilərlə bağlı hansı məlumatları yığdığını və bu məlumatları nə qədər saxladığını açıqlamasını tələb edirlər. Ən populyar kommunikasiya platforması sayılan "Skype"-ın 600 milyondan artıq istifadəçisi var.

Emil Hüseynov



Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024