12px13px15px17px
Tarix:30/01/13

DQMK dövlət proqramlarının əhatə etdiyi sahələr üzrə internet portalı yaradır

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət proqramlarının əhatə etdiyi sahələr üzrə internet portalının yaradılması üçün texniki tələblər araşdırılıb.

"ICTnews" elektron xəbər xidmətinə DQMK-dan verilən məlumata görə, texniki şərtlər və dizayn razılaşdırıldıqdan sonra portal komissiyanın rəsmi saytında - "http://OpenGov.csc.gov.az" subdomen adı ilə ayrıca bölmə kimi fəaliyyət göstərəcək.

Bundan əlavə, ötən ilin son 6 ayı ərzində DQMK-nın fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının anlaşılan sadə dildə yazılmış versiyasının, bələdçi qaydalarının ictimaiyyətə təqdim olunması və bu məlumatların vətəndaşlar arasında təşviq edilməsi, eyni zamanda, ictimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək məqsədilə komissiyanın rəsmi internet səhifəsində bir sıra yeniliklər tətbiq edilib.

Belə ki, komissiyanın rəsmi "www.dqmk.gov.az" saytının "Vətəndaşlar üçün" bölməsində "Bələdçi qaydalar" altbölməsi yaradılıb: "Burada komissiyanın vətəndaşlar üçün hazırladığı bələdçi kitabçalar öz əksini tapıb. 2013-cü ildə bu bölmənin daha geniş bələdçi qaydalarla zənginləşdirilməsi nəzərdə tutulub.

Dövlət qulluğu sistemi, dövlət qulluğu haqqında qanunvericiliyi və dövlət qulluğunun müxtəlif sahələrini əhatə edən bələdçi qaydaların hazırlanması istiqamətində işlər davam etdirilir".

Eyni zamanda, komissiyanın rəsmi internet saytının baş səhifəsinin "Vətəndaşlar üçün" bölməsində "Qaynar xətt", "Təklifləriniz" və "Onlayn müraciət" alt bölmələri yerləşdirilib. "Qaynar xətt" bölməsində komissiyada fəaliyyət göstərən "qaynar xətt"in əlaqə nömrəsi, "Onlayn müraciət" bölməsində vətəndaşlar üçün komissiyaya birbaşa müraciət etmək imkanı yaradılıb.

"Təklifləriniz" bölməsində isə komissiyanın fəaliyyətinin və dövlət qulluğuna qəbulun aparılmasının təkmilləşdirilməsi baxımından vətəndaşlara təkliflə müraciət etmək imkanı təqdim edilib.

Bunlardan başqa komissiyanın rəsmi internet saytının "Əsas menyu" bölməsinin "Əməkdaşlarımız" alt bölməsində komissiya rəhbərliyinin və inzibati vəzifə tutan bütün əməkdaşlarının elektron poçt ünvanları və telefon nömrələri, yardımçı vəzifə tutan bütün əməkdaşlarının isə telefon nömrələri yerləşdirilib.

Komissiyaya elektron poçt vasitəsilə daxil olan bütün müraciət və sorğular "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq araşdırılır və qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq komissiyanın rəsmi internet saytının təkmilləşdirilməsi işi davam etdirilir.

CAHANGİR



Baxış sayı: 2195

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024