Tarix:31/01/13
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə XİN-in mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidməti vurğulayır ki, yaponiyalı rəsmi Azərbaycana ilk səfərindən məmnun olduğunu bildirib və iki ölkə arasında bir çox ortaq dəyərlərin, o cümlədən demokratiya və qanunun aliliyi kimi dəyərlərin mövcud olduğunu söyləyib. Azərbaycanın Yaponiya üçün əhəmiyyətindən bəhs edən Takeşi Hikihara, ölkəmizin regionun vacib və strateji ölkəsi olduğunu qeyd edib.
Takeşi Hikihara cari ilin 7 fevral tarixində Azərbaycanın ilk süni peykinin orbitə çıxarılacağını qeyd edərək, ölkəsinin bu sahədə zəngin təcrübəsinin olduğunu söyləyib və Yaponiya tərəfinin sözügedən təcrübəni bölüşməyə hazır olduğunu vurğulayıb. Həmçinin, Takeşi Hikihara Azərbaycanın regionda Yaponiyanın əsas və etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb.
Nazir müavini Xələf Xələfov da iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edib. Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini qeyd edən Xələf Xələfov bunun əsasında siyasi dialoqun yüksək səviyyədə olmasının durduğunu vurğulayıb. Xələf Xələfov həmçinin, Yaponiya şirkətlərinin Azərbaycan iqtisadiyyatındakı rolunun əhəmiyyətinə nəzər salaraq, onların iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiklərini söyləyib.
Həmçinin, Yaponiyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edən nazir müavini, Azərbaycanın bu sahəyə böyük önəm verdiyini vurğulayıb. İki ölkə arasında təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın vacibliyindən danışan Xələf Xələfov Yaponiya tərəfinin azərbaycanlı tələbə və mütəxəssislərin bu ölkədə təhsil alması və təcrübə toplaması üçün yaratdığı şəraiti yüksək qiymətləndirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Bunun da öz növbəsində iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə verdiyini bildirib. Xələf Xələfov qarşılıqlı səfərlərin təşkil olunmasını, o cümlədən parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini nəzərə çatdırıb.
SEYMUR
Yaponlar süni peyk texnologiyaları ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycana gəldilər
Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiya Xarici İşlər Nazirliyinin Qafqaz, Mərkəzi Asiya və GUAM üzrə xüsusi nümayəndəsi Takeşi Hikiharanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə "ICTnews" elektron xəbər xidmətinə XİN-in mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidməti vurğulayır ki, yaponiyalı rəsmi Azərbaycana ilk səfərindən məmnun olduğunu bildirib və iki ölkə arasında bir çox ortaq dəyərlərin, o cümlədən demokratiya və qanunun aliliyi kimi dəyərlərin mövcud olduğunu söyləyib. Azərbaycanın Yaponiya üçün əhəmiyyətindən bəhs edən Takeşi Hikihara, ölkəmizin regionun vacib və strateji ölkəsi olduğunu qeyd edib.
Takeşi Hikihara cari ilin 7 fevral tarixində Azərbaycanın ilk süni peykinin orbitə çıxarılacağını qeyd edərək, ölkəsinin bu sahədə zəngin təcrübəsinin olduğunu söyləyib və Yaponiya tərəfinin sözügedən təcrübəni bölüşməyə hazır olduğunu vurğulayıb. Həmçinin, Takeşi Hikihara Azərbaycanın regionda Yaponiyanın əsas və etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb.
Nazir müavini Xələf Xələfov da iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edib. Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini qeyd edən Xələf Xələfov bunun əsasında siyasi dialoqun yüksək səviyyədə olmasının durduğunu vurğulayıb. Xələf Xələfov həmçinin, Yaponiya şirkətlərinin Azərbaycan iqtisadiyyatındakı rolunun əhəmiyyətinə nəzər salaraq, onların iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiklərini söyləyib.
Həmçinin, Yaponiyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edən nazir müavini, Azərbaycanın bu sahəyə böyük önəm verdiyini vurğulayıb. İki ölkə arasında təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın vacibliyindən danışan Xələf Xələfov Yaponiya tərəfinin azərbaycanlı tələbə və mütəxəssislərin bu ölkədə təhsil alması və təcrübə toplaması üçün yaratdığı şəraiti yüksək qiymətləndirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Bunun da öz növbəsində iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə verdiyini bildirib. Xələf Xələfov qarşılıqlı səfərlərin təşkil olunmasını, o cümlədən parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini nəzərə çatdırıb.
SEYMUR
Baxış sayı: 793
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır