Tarix:28/07/11
İlin əvvəlindən elektron ticarət dövriyyəsinin həcmi 417 min manatı ötüb
Bu ilin birinci yarısında Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi 417,1 min manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazırda ölkədə biznes sektorunun fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, genişmiqyaslı elektron ticarət sisteminin yaradılması və inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir: "Ölkə ərazisində 37 hüquqi və fiziki şəxsə məxsus ticarət və xidmət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək "Elektron ticarəti" tətbiq etməyə başlayıb". Elektron ticarət üzrə istehlak mallarının satışının 96 faizi hüquqi şəxslərin, 4 faizi fiziki şəxslərin ticarət müəssisələrində həyata keçirilib. Elektron ticarət dövriyyəsinin 99,5 faizini qeyri-ərzaq mallarının satışı təşkil edib.Baxış sayı: 967
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib