12px13px15px17px
Tarix:31/01/13

Sabahdan “108” “Çağrı” mərkəzi vasitəsilə “ASAN xidmət” növləri haqqında məlumat almaq mümkün olacaq

Sabahdan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Çağrı" mərkəzi bütün respublikanı əhatə etməklə fəaliyyətə başlayacaq.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən verilən məlumata görə, istənilən regiondan stasionar (ev, iş) telefonlardan «108» "Çağrı" mərkəzi vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilər.

"Çağrı" mərkəzi iş günləri saat 10:00-dan 19:00-dək canlı iş rejimində, bayram və istirahət günlərində isə 24 saat səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərəcək.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzində göstərilən xidmətlərdən faydalanmaq üçün onlayn növbə tutmaq da mümkündür. Bunun üçün "www.asan.gov.az" internet səhifəsinə daxil olub onlayn müraciət formasını doldurmaq lazımdır.

RƏVAN



Baxış sayı: 1969

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Noyabr 2024

04 11 2024