Tarix:31/01/13
Layihənin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir. 10 mart tarixinədək davam edəcək "Win Phone 2" müsabiqəsinə təqdim olunacaq mobil tətbiqetmələr "Windows 8" platformasında hazırlanmalıdır. Müsabiqədə iştirak etmək üçün 21-31 yanvar tarixləri arasında "www.hackathonazerbaijan.org" saytında qeydiyyatdan keçmək kifayətdir.
Qeydiyyatdan keçən şəxslərin iştirakı müvafiq seçim əsasında müəyyənləşəcək. Fevralın 3-də isə müsabiqədə iştirak hüququ qazananlar üçün ilk təlim təşkil ediləcək. Qaliblər qiymətli hədiyyələrlə təltif olunacaq.
Qeyd edək ki, bu, "Bakcell"in baş sponsoru olduğu ikinci belə layihədir. Şirkət eyni zamanda mobil tətbiqetmələrin inkişafına yönələn daha bir layihənin – "Mobile Monday" layihəsinin tərəfdaşıdır. "Hackathon" haker neologiyası - yəni proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Onun əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.
RƏVAN
“ICT NEWS” "Win Phone 2" müsabiqəsinin informasiya dəstəkçisidir
“İCTnews” elektron xəbər xidməti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi dəstəyi, ”Bakcell”in baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"in sponsorluğu ilə keçirilən "Win Phone 2" müsabiqəsinin informasiya dəstəkçisidir.Layihənin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir. 10 mart tarixinədək davam edəcək "Win Phone 2" müsabiqəsinə təqdim olunacaq mobil tətbiqetmələr "Windows 8" platformasında hazırlanmalıdır. Müsabiqədə iştirak etmək üçün 21-31 yanvar tarixləri arasında "www.hackathonazerbaijan.org" saytında qeydiyyatdan keçmək kifayətdir.
Qeydiyyatdan keçən şəxslərin iştirakı müvafiq seçim əsasında müəyyənləşəcək. Fevralın 3-də isə müsabiqədə iştirak hüququ qazananlar üçün ilk təlim təşkil ediləcək. Qaliblər qiymətli hədiyyələrlə təltif olunacaq.
Qeyd edək ki, bu, "Bakcell"in baş sponsoru olduğu ikinci belə layihədir. Şirkət eyni zamanda mobil tətbiqetmələrin inkişafına yönələn daha bir layihənin – "Mobile Monday" layihəsinin tərəfdaşıdır. "Hackathon" haker neologiyası - yəni proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Onun əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.
RƏVAN
Baxış sayı: 784
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib