12px13px15px17px
Tarix:31/01/13

İKT ili ilə bağlı RİTN-ə çoxsaylı təkliflər daxil olub

2013-cü ilin İKT ili elan edilməsindən sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) cəmiyyətə təkliflər təqdim edilməsi ilə bağlı müraciət etməsi ölkə ictimaiyyəti tərəfindən müsbət qiymətləndirilib.

Bununla bağlı nazirliyə çoxsaylı təkliflər daxil olub. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.

Nazir müavininin sözlərinə görə, təkliflərin qəbul edilməsi ilə bağlı sonuncu tarix yanvarın 30-u müəyyən edilmişdi. Lakin buna baxmayaraq, RİTN bundan sonra da gələcək istənilən təklifi araşdırmağa hazırdır:

«Bildirim ki, artıq çoxsaylı təkliflər nazirliyə daxil olub. Bu təkliflər həm dövlət orqanlarından, həm vətəndaşlardan, həm də digər təşkilatlardan edilib. Bunlara baxılır və analiz olunur».

SEYMUR



Baxış sayı: 1030

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024