Tarix:31/01/13
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə verdiyi açıqlamasında söyləyib. Nazir müavini bildirib ki, əslində portalın yaradılmasının əsas məqsədi dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlərin vətəndaşlarımız tərəfindən fəal istifadə edilməsidir və artıq buna da nail olunub. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları, birincisi, portal haqqında məlumatlıdır, ikincisi isə buradakı xidmətlərdən tam şəkildə istifadə edə bilir.
E.Vəlizadə qeyd edib ki, prosesin daha da gücləndirilməsi üçün nazirlik tərəfindən əlavə tədbirlər də görülür:
«Birincisi, yenə də məlumatlandırma, maarifləndirmə istiqamətində işlər aparılır. İkincisi, portala daha rahat formada girişin təmin edilməsi üçün addımlar atılır. Bilirsiniz ki, portala giriş bir neçə üsullarla mümkündür. Xüsusən də elektron imza vasitəsilə nəzərdə tutulub. Lakin bu yaxınlarda hətta mobil autentifikasiya mexanizmi tətbiq edildi. Bu mexanizm də vətəndaşlara imkan verir ki, adi imza kartları ilə yanaşı, hətta mobil qurğulardan istifadə etməklə portala giriş əldə etsinlər. Eyni zamanda nəzərdə tutulub ki, bizim mərkəzdə kod-parol almaqla hətta bunu onlayn şəkildə, portalın elə özündə qeydiyyatdan keçirməklə vətəndaşlar elektron imza almadan da portalın imkanlarından istifadə edə bilərlər. Ancaq mən fürsətdən istifadə edib vətəndaşlarımızı elektron imza almağa dəvət edirəm. Çünki elektron imza elə bir vasitədir ki, ondan təkcə portala giriş üçün deyil, eyni zamanda dövlət qurumlarına istənilən müraciətlərin edilməsi zamanı sənədin hüquqi qüvvəsini təsdiq etmək üçün istifadə etmək mümkündür. Bu baxımdan vətəndaşın elektron imzası olarsa, dövlət qurumlarına adi poçt vasitəsilə göndərdiyi məktubla eyni hüquqi qüvvə daşıyan elektron məktub da göndərə bilər. Elektron imza alınması statistikası bunu göstərir ki, hazırda təqribən 3000-ə yaxın dövlət qurumu nümayəndələri və vətəndaşlarımız imzaya malikdirlər. Bizim üçün ən önəmli hallardan biri ondan ibarətdir ki, bunların bölgüsü təqribən yarı-yarıyadır. Yəni vətəndaşlarımızın özünün də e-imzaya marağı yüksəkdir. Təxminən 3000-ə yaxın vətəndaşımız da e-imza alaraq istifadə edir. Ümumilikdə götürəndə istifadəçilərin sırasında həm elektron imza istifadəçiləri var, eyni zamanda kod-paroldan istifadə edənlər də mövcuddur».
E.Vəlizadə onu da bildirib ki, nazirlik portalla bağlı müəyyən təkliflər, iradları qəbul edir və daim onları qəbul edərək üzərində işləməyə hazırdır:
«Ancaq onu qeyd edək ki, e-imzanın özü nə üçün portala giriş üçün vasitələrdən biri seçilib və biz bunu tövsiyə edirik? Gücləndirilmiş elektron imzanın mahiyyəti ondan ibarətdir ki, vətəndaşı birmənalı şəkildə müəyyənləşdirməyə imkan verir. Qanunvericiliyə əsasən portalda toplanmış resurslarda, dövlət orqanlarının təqdim etdiyi məlumatlarda vətəndaş yalnız özünə aid olan informasiyaları əldə edə bilər. Məhz bunu təmin etməkdən ötrü, yəni bir vətəndaşın məlumatlarının digərinə verilməməsi məqsədilə vətəndaşı birmənalı identifikləşdirməkdən ötrü və portala girişi zamanı onun özünə aid olan məlumatların təqdim edilməsi üçün elektron imzanın istifadə edilməsi tövsiyə edilir. Bu baxımdan da kod-parol alınması mexanizmində də vətəndaşı birmənalı identifikləşdirməkdən ötrü bir neçə məlumatın daxil edilməsi tələb olunur ki, artıq bu məlumatlar əsasında vətəndaşın kimliyi müəyyənləşdirilə bilsin. Son ayların dinamikası göstərir ki, artıq portal öz funksiyalarını tam şəkildə yerinə yetirir. Yəni vətəndaşların ondan gözlədiyi gözləntiləri həyata keçir. O baxımdan elektron imzanın alınmasında da artıq artımlar mövcuddur. Biz gözləyirik ki, portalda olan xidmətlərin sayı çoxaldıqca, vətəndaşlar bundan daha çox istifadə etdikcə e-imza alanların sayı daha da artacaq və öz məqsədləri üçün bunlardan istifadə edəcəklər».
Seymur Qasımbəyli
Elmir Vəlizadə: “Elektron hökumət” portalı daim dinamik inkişaf edən bir resursa çevrilib”
«Elektron hökumət" portalı daim dinamik inkişaf edən bir resursa çevrilib. Çox müsbət bir haldır ki, dövlət orqanlarının təmsilçiliyi, portala təqdim etdikləri elektron xidmətlərin sayı artmaqla yanaşı, portaldan istifadə edənlərin də sayı aydan-aya çoxalır»."ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə verdiyi açıqlamasında söyləyib. Nazir müavini bildirib ki, əslində portalın yaradılmasının əsas məqsədi dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlərin vətəndaşlarımız tərəfindən fəal istifadə edilməsidir və artıq buna da nail olunub. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları, birincisi, portal haqqında məlumatlıdır, ikincisi isə buradakı xidmətlərdən tam şəkildə istifadə edə bilir.
E.Vəlizadə qeyd edib ki, prosesin daha da gücləndirilməsi üçün nazirlik tərəfindən əlavə tədbirlər də görülür:
«Birincisi, yenə də məlumatlandırma, maarifləndirmə istiqamətində işlər aparılır. İkincisi, portala daha rahat formada girişin təmin edilməsi üçün addımlar atılır. Bilirsiniz ki, portala giriş bir neçə üsullarla mümkündür. Xüsusən də elektron imza vasitəsilə nəzərdə tutulub. Lakin bu yaxınlarda hətta mobil autentifikasiya mexanizmi tətbiq edildi. Bu mexanizm də vətəndaşlara imkan verir ki, adi imza kartları ilə yanaşı, hətta mobil qurğulardan istifadə etməklə portala giriş əldə etsinlər. Eyni zamanda nəzərdə tutulub ki, bizim mərkəzdə kod-parol almaqla hətta bunu onlayn şəkildə, portalın elə özündə qeydiyyatdan keçirməklə vətəndaşlar elektron imza almadan da portalın imkanlarından istifadə edə bilərlər. Ancaq mən fürsətdən istifadə edib vətəndaşlarımızı elektron imza almağa dəvət edirəm. Çünki elektron imza elə bir vasitədir ki, ondan təkcə portala giriş üçün deyil, eyni zamanda dövlət qurumlarına istənilən müraciətlərin edilməsi zamanı sənədin hüquqi qüvvəsini təsdiq etmək üçün istifadə etmək mümkündür. Bu baxımdan vətəndaşın elektron imzası olarsa, dövlət qurumlarına adi poçt vasitəsilə göndərdiyi məktubla eyni hüquqi qüvvə daşıyan elektron məktub da göndərə bilər. Elektron imza alınması statistikası bunu göstərir ki, hazırda təqribən 3000-ə yaxın dövlət qurumu nümayəndələri və vətəndaşlarımız imzaya malikdirlər. Bizim üçün ən önəmli hallardan biri ondan ibarətdir ki, bunların bölgüsü təqribən yarı-yarıyadır. Yəni vətəndaşlarımızın özünün də e-imzaya marağı yüksəkdir. Təxminən 3000-ə yaxın vətəndaşımız da e-imza alaraq istifadə edir. Ümumilikdə götürəndə istifadəçilərin sırasında həm elektron imza istifadəçiləri var, eyni zamanda kod-paroldan istifadə edənlər də mövcuddur».
E.Vəlizadə onu da bildirib ki, nazirlik portalla bağlı müəyyən təkliflər, iradları qəbul edir və daim onları qəbul edərək üzərində işləməyə hazırdır:
«Ancaq onu qeyd edək ki, e-imzanın özü nə üçün portala giriş üçün vasitələrdən biri seçilib və biz bunu tövsiyə edirik? Gücləndirilmiş elektron imzanın mahiyyəti ondan ibarətdir ki, vətəndaşı birmənalı şəkildə müəyyənləşdirməyə imkan verir. Qanunvericiliyə əsasən portalda toplanmış resurslarda, dövlət orqanlarının təqdim etdiyi məlumatlarda vətəndaş yalnız özünə aid olan informasiyaları əldə edə bilər. Məhz bunu təmin etməkdən ötrü, yəni bir vətəndaşın məlumatlarının digərinə verilməməsi məqsədilə vətəndaşı birmənalı identifikləşdirməkdən ötrü və portala girişi zamanı onun özünə aid olan məlumatların təqdim edilməsi üçün elektron imzanın istifadə edilməsi tövsiyə edilir. Bu baxımdan da kod-parol alınması mexanizmində də vətəndaşı birmənalı identifikləşdirməkdən ötrü bir neçə məlumatın daxil edilməsi tələb olunur ki, artıq bu məlumatlar əsasında vətəndaşın kimliyi müəyyənləşdirilə bilsin. Son ayların dinamikası göstərir ki, artıq portal öz funksiyalarını tam şəkildə yerinə yetirir. Yəni vətəndaşların ondan gözlədiyi gözləntiləri həyata keçir. O baxımdan elektron imzanın alınmasında da artıq artımlar mövcuddur. Biz gözləyirik ki, portalda olan xidmətlərin sayı çoxaldıqca, vətəndaşlar bundan daha çox istifadə etdikcə e-imza alanların sayı daha da artacaq və öz məqsədləri üçün bunlardan istifadə edəcəklər».
Seymur Qasımbəyli
Baxış sayı: 1146
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı