12px13px15px17px
Tarix:01/02/13

Regionlarda genişzolaqlı internet şəbəkəsindən istifadə edənlərin sayı 2,2 dəfə artıb

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin telekommunikasiya şəbəkəsinə genişzolaqlı qoşulmaların sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 63 min istifadəçi və ya 2,2 dəfə (121%) artaraq 114 mini keçib.

Bu barədə İB-nin baş direktoru Məhəmməd Məmmədov bildirib. M.Məmmədovun sözlərinə görə, hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 21,9% təşkil edir. 2012-ci ilin əvvəlində bu göstərici 10,9% olub. "İlin əvvəlindən "Aztelekom" İstehsalat Birliyinin şəbəkəsinə qoşulmaların sayı çox artıb. Biz özəl internet-servis-provayderlərin biznesinin paytaxtın hüdudlarından kənarda inkişafı üçün bütün lazım olan şəraiti yaradırıq.

Bu məsələdə başlıca aspekt İnternet xidmətləri tədarükçüsünün son istifadəçiyə geniş seçim təqdim etməsidir", - o deyib. M.Məmmədovun fikrincə, genişzolaqlı internetin paytaxtın hüdudlarından kənarda inkişafı əhəmiyyətli investisiyalar hesabına daha da genişləndirilməkdədir.

Bakıda qoyulan investisiyalar 3-5 il ərzində öz yerini doldura bilər, regionlarda isə bu müddət daha çox ola bilər. Ona görə də dövlət operatoru bu məsələdə daha uzunmüddətli perspektivə istiqamətlənir, bunun üçün kommersiya provayderləri ilə işbirliyi ən uğurlu yoldur.

İşlər "Aztelekom"un hazırladığı 2011-2013-cü illərdə regionlarda genişzolaqlı internetin inkişafı konsepsiyası çərçivəsində aparılır. Konsepsiya genişzolaqlı internetdən istifadə imkanlarının genişləndirilməsini və son istifadəçi üçün onun daha açıq edilməsini nəzərdə tutur.

RƏVAN



Baxış sayı: 962

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024