12px13px15px17px
Tarix:01/02/13

Lobbiçiliyə daha çox vəsait xərcləyən İT şirkəti bəlli oldu

Dünyanın nəhəng internet-şirkəti "Google" 2012-ci ildə ABŞ-ın dövlət orqanlarında lobbiçilik maraqlarına 16,54 milyon dollar vəsait xərcləyib ki, bu da bir il əvvəldən 70 faiz və "Facebook" sosial şəbəkəsinin sərf etdiyindən 4 dəfə çoxdur.

Bu barədə ABŞ Senatının "Lobbying Disclosure Act Database" bazasında yer alan məlumatlarda deyilir. "ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, "Google"-un ötən il satın aldığı "Motorola Mobility" şirkətinin analoji xərcləri nəzərə alınmaqla lobbiçilik üçün çəkilən xərclərin ümumi məbləği 18,2 milyon dollar qiymətləndirilir.

Bu isə 2011-ci illə müqayisədə 88 faiz çoxdur. "Google"-un öz maraqlarını yürütməsi ilə bağlı məsələlər sırasına onlayn-reklam bazarının tənzimlənməsi, məlumatların məxfiliyi və reklamda rəqabət, patent hüquqları, informasiyanın mühafizəsi daxildir.

Xərclərin artması "Google"-un ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən artıq iki ildir aparılan antiinhisar araşdırmalarını yoluna qoymaq istəyi ilə əlaqədar ola bilər. Ümumilikdə 2012-ci ildə ABŞ şirkətlərinin lobbiçilik üçün xərcləri 1,5 faiz azalaraq 3,28 milyard dollar təşkil edib.

"Google" və "Facebook" ilə yanaşı, digər İT şirkətləri arasında ilin yekunları üzrə lobbiçilik üçün daha çox vəsait sərf edən şirkətlər arasında "Microsoft" (8 milyon dollar), "Hewlett-Packard" (7 milyon dollar), "Oracle" (5,75 milyon dollar) və "IBM" (4,4 milyon dollar) şirkətləri yer alıb. Ötən ildə bununla bağlı "Apple"-ın xərcləri cəmi 1,97 milyon dollar olub.

Emil Hüseynov



Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024