12px13px15px17px
Tarix:01/02/13

"Böyük Kanyon"a virtual səyahət

“Google” şirkəti təbiətin görməli yerlərinin panorama şəkillərini nəşr etdirməyə davam edir. Veb-korporasiya bu dəfə, İnternet istifadəçilərinə dünyanın ən dərin kanyonlarından biri olan "Böyük Kanyon"un gözəlliklərinə tamaşa etməyi təklif edir.

“ICTnews.az” elektron xəbər xidməti Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, uzunluğu təxminən 450 kilometr olan “Böyük Kanyon” ABŞ-ın Arizona ştatının Kolorado yaylasındakı eyni adlı parkın ərazisində yerləşir.

Təxminən 10 milyon il ərzində formalaşmış bu kanyon planetimizin ən qeyri-adi geoloji obyektlərindən biridir. “net.compulenta.ru” saytının məlumatına görə, görüntülər çantada daşına bilən 18 kiloqramlıq quraşdırmalar - xüsusi trekkerlərin köməyi ilə əldə olunub.

15 linzadan ibarət optik sistemli “Android” vasitəsilə idarə olunan bu qurğu çətin yerlərdə şəkillər çəkməyə imkan verir. Hazırda “Google”-un xəritələrində “Böyük Kanyon”un ümumilikdə 9 500-dən çox panorama şəkillərini əldə etmək mümkündür. “Street View”-in yenilənmiş qalereyasında kanyonun ən gözəl görüntülərinin bəziləriylə tanış olmaq olar.

Emil Hüseynov



Baxış sayı: 2244

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024