Tarix:02/02/13
"Hazırda bütün dağ kəndlərində güclü qar yağıb. Yollarda avtomobillərin hərəkətində çətinliklər var. Bunlara baxmayaraq poçt şöbələrə çatdırılır"- deyə E.Akimi bildirdi.
"Qeyd edək ki, hazırda kənd sakinlərinin mənzilləri telefonlaşdırılıb. Əvvəllər kənddə yeganə radiotelefon poçt şöbəsində olub. Quba poçtamtının rəisi Eldar Akimi daha sonra qeyd etdi ki, kəndə yol hələ çəkilməmiş poçtamt tərəfindən 2005-ci ildə yolsuzluq şəraitinə baxmayaraq Xınalıq kəndində milli üslubda poçt şöbəsi tikilib. Kənd poçtunda müasir telefon rabitəsi xidməti ilə yanaşı, sakinlərə yüksək səviyyədə bütün poçt xidməti göstərilir.
"Quba-Xınalıq yolunun çəkilməsi bu bölgəyə turist axınını sürətləndirib. Bu da bütün sahələr kimi, poçt rabitəsinin inkişafına da öz təsirini göstərib. Bu istiqamətdə tələbata uyğun olaraq müasir poçt xidmətlərini təqdim edən şöbələrin yaradılmasını zəruri etdi və poçtamt da öz növbəsində üzərinə düşən məsuliyyəti dərindən dərk edərək işgüzar planlarını bu istiqamətdə yönəltdi.
"İnformasiya və kommunikasiya texnologiyaları sahəsi ilə yanaşı, poçt rabitəsi sahəsinin inkişaf planına uyğun olaraq poçtların ən müasir xidmət səviyyəsinə çatdırılması uğurların əldə olunmasına səbəb olub. Poçtamt rəisi bildirdi ki, bunun nəticəsidir ki, son vaxtlar poçt şöbələri tərəfindən əhaliyə göstərilən bağlama, moniqram, məktub banderol, bağlama, pul köçürmələri, teleqramların qəbulu, göndərilməsi və çatdırılması, mətbuat abunəsi və satışı, şəhərlərarası telefon, kommunal haqlarının yığımı, müxtəlif kommersiya xidmətləri sahəsində artım müşahidə olunur.
"RİTN "Azərpoçt" MMC-nin dəstəyi ilə rayonda poçtamt tərəfindən müasir tələblərə cavab verən poçt şöbələri tikilərək sakinlərin istifadəsinə verilib. Poçt şöbələrinin müasir binalarda yerləşməsini əsas amil kimi qəbul edən poçtamt bu müasir poçt şöbələrində əhaliyə müasir xidmət göstərilməsini qəti qəbul edib. Hər bir poçt şöbəsi bugünkü tələblərə cavab verən müasir avadanlıqlarla təchiz edilib.
"Poçtamt üzrə 2005-ci ildə mərkəzlə yanaşı, Qırmızı qəsəbə poçt şöbəsində kompüter olub. Hazırda şəhərin bütün poçt şöbələri ilə yanaşı, bu texnologiya kəndlərə də ayaq açıb ki, bu da sakinlərin kommunal haqlarının ödənişi ilə yanaşı, onların teleqram və moniqramlarının daha operativ şəkildə ünvanlarına çatdırılmasını təmin edir.
" Eyni zamanda yeni poçt şöbələrinin tikilməsi ilə yanaşı, digər poçt şöbələrinin elektron ATS-lərdən çəkilmiş telefonlarla təmin edilməsi poçt şöbələrində şəhərlərarası və beynəlxalq danışıq xidməti ilə yanaşı, faks xidmətinin göstərilməsinə şərait yaradıb.
"Bu gün poçtun yerlərə vaxtında çatdırılması və təhlükəsizliyi əsas məsələ kimi önə çəkilib. Bu istiqamətdə Quba poçtamtında istiqamətlər üzrə mübadilənin həyata keçirilməsi və vətəndaşların göndərdiyi poçt göndərişlərinin Quba-Bakı mübadilə avtomobilləri ilə həyata keçirilməsi yüksək səviyyədə təşkil olunmuşdur. Bunun nəticəsidir ki, əhalinin bütün ölkə üzrə olduğu kimi, Qubada da günü-gündən poçta inamı artmaqdadır.
" Quba poçtamtı tərəfindən poçtun vətəndaşlara daha da yaxınlaşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə daim tədbirlər həyata keçirilir. Yerlərdə poçtun xidmətləri təbliğ edilir, bu xidmətlərdən vətəndaşların faydalanması üçün işlər aparılır.
"Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış "Maliyyə xidmətlərinin inkişafı" layihəsinə uyğun olaraq poçtamt tərəfindən kəndlərdə icmal poçt şöbələri yaradılıb. Bu şöbələr tərəfindən əhaliyə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün hər cür şərait var. Bütün göstəricilərinə görə daim öncül olan poçtamt yeni xidmət sahələrinin yaradılması istiqamətində işlər aparır.
RƏVAN
Qubada güclü qar yağsa da, ən ucqar yaşayış məntəqələrinə poçt göndərişləri çatdırılır
Qubada güclü qar yağsa da, ən ucqar yaşayış məntəqələrinə poçt göndərişləri çatdırılır. Bu barədə məlumatı Quba Poçt Filialının rəisi Eldar Akimi bildirib. Onun sözlərinə görə, gündəlik poçtun poçt şöbələrinə çatdırılması üçün mübadilə aparılır. Poçtamtın mübadilə avtomobili rayon mərkəzindən 57 kilometr uzaqlıqda yerləşən Xınalıq kəndində poçtu problemsiz olaraq çatdırır."Hazırda bütün dağ kəndlərində güclü qar yağıb. Yollarda avtomobillərin hərəkətində çətinliklər var. Bunlara baxmayaraq poçt şöbələrə çatdırılır"- deyə E.Akimi bildirdi.
"Qeyd edək ki, hazırda kənd sakinlərinin mənzilləri telefonlaşdırılıb. Əvvəllər kənddə yeganə radiotelefon poçt şöbəsində olub. Quba poçtamtının rəisi Eldar Akimi daha sonra qeyd etdi ki, kəndə yol hələ çəkilməmiş poçtamt tərəfindən 2005-ci ildə yolsuzluq şəraitinə baxmayaraq Xınalıq kəndində milli üslubda poçt şöbəsi tikilib. Kənd poçtunda müasir telefon rabitəsi xidməti ilə yanaşı, sakinlərə yüksək səviyyədə bütün poçt xidməti göstərilir.
"Quba-Xınalıq yolunun çəkilməsi bu bölgəyə turist axınını sürətləndirib. Bu da bütün sahələr kimi, poçt rabitəsinin inkişafına da öz təsirini göstərib. Bu istiqamətdə tələbata uyğun olaraq müasir poçt xidmətlərini təqdim edən şöbələrin yaradılmasını zəruri etdi və poçtamt da öz növbəsində üzərinə düşən məsuliyyəti dərindən dərk edərək işgüzar planlarını bu istiqamətdə yönəltdi.
"İnformasiya və kommunikasiya texnologiyaları sahəsi ilə yanaşı, poçt rabitəsi sahəsinin inkişaf planına uyğun olaraq poçtların ən müasir xidmət səviyyəsinə çatdırılması uğurların əldə olunmasına səbəb olub. Poçtamt rəisi bildirdi ki, bunun nəticəsidir ki, son vaxtlar poçt şöbələri tərəfindən əhaliyə göstərilən bağlama, moniqram, məktub banderol, bağlama, pul köçürmələri, teleqramların qəbulu, göndərilməsi və çatdırılması, mətbuat abunəsi və satışı, şəhərlərarası telefon, kommunal haqlarının yığımı, müxtəlif kommersiya xidmətləri sahəsində artım müşahidə olunur.
"RİTN "Azərpoçt" MMC-nin dəstəyi ilə rayonda poçtamt tərəfindən müasir tələblərə cavab verən poçt şöbələri tikilərək sakinlərin istifadəsinə verilib. Poçt şöbələrinin müasir binalarda yerləşməsini əsas amil kimi qəbul edən poçtamt bu müasir poçt şöbələrində əhaliyə müasir xidmət göstərilməsini qəti qəbul edib. Hər bir poçt şöbəsi bugünkü tələblərə cavab verən müasir avadanlıqlarla təchiz edilib.
"Poçtamt üzrə 2005-ci ildə mərkəzlə yanaşı, Qırmızı qəsəbə poçt şöbəsində kompüter olub. Hazırda şəhərin bütün poçt şöbələri ilə yanaşı, bu texnologiya kəndlərə də ayaq açıb ki, bu da sakinlərin kommunal haqlarının ödənişi ilə yanaşı, onların teleqram və moniqramlarının daha operativ şəkildə ünvanlarına çatdırılmasını təmin edir.
" Eyni zamanda yeni poçt şöbələrinin tikilməsi ilə yanaşı, digər poçt şöbələrinin elektron ATS-lərdən çəkilmiş telefonlarla təmin edilməsi poçt şöbələrində şəhərlərarası və beynəlxalq danışıq xidməti ilə yanaşı, faks xidmətinin göstərilməsinə şərait yaradıb.
"Bu gün poçtun yerlərə vaxtında çatdırılması və təhlükəsizliyi əsas məsələ kimi önə çəkilib. Bu istiqamətdə Quba poçtamtında istiqamətlər üzrə mübadilənin həyata keçirilməsi və vətəndaşların göndərdiyi poçt göndərişlərinin Quba-Bakı mübadilə avtomobilləri ilə həyata keçirilməsi yüksək səviyyədə təşkil olunmuşdur. Bunun nəticəsidir ki, əhalinin bütün ölkə üzrə olduğu kimi, Qubada da günü-gündən poçta inamı artmaqdadır.
" Quba poçtamtı tərəfindən poçtun vətəndaşlara daha da yaxınlaşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə daim tədbirlər həyata keçirilir. Yerlərdə poçtun xidmətləri təbliğ edilir, bu xidmətlərdən vətəndaşların faydalanması üçün işlər aparılır.
"Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış "Maliyyə xidmətlərinin inkişafı" layihəsinə uyğun olaraq poçtamt tərəfindən kəndlərdə icmal poçt şöbələri yaradılıb. Bu şöbələr tərəfindən əhaliyə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün hər cür şərait var. Bütün göstəricilərinə görə daim öncül olan poçtamt yeni xidmət sahələrinin yaradılması istiqamətində işlər aparır.
RƏVAN
Baxış sayı: 1548
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı