Tarix:04/02/13
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov danışaraq bildirib ki, ədliyyə orqanlarında vətəndaşlara ədliyyə fəaliyyəti barədə zəruri məlumatları əldə etməyə, rüsumları birbaşa ödəməyə imkan yaradan elektron köşklərin, habelə nəzarətin gücləndirilməsi məqsədilə veb-kameraların tətbiqinə başlanılıb. Onun sözlərinə görə, artıq belə köşklər ölkə üzrə fəaliyyət göstərən bütün notariat kontorlarının 1/3-ni əhatə edib, veb-kameralar isə 10-dək notariat kontorlarında quraşdırılıb və bu proses hazırda davam etdirilir:
«Dövlət başçısının tapşırıqlarına əsasən ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində mükəmməl qanunvericilik və institusional islahatlar aparılıb, Korrupsiyaya qarşı mübarizəyə və Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət planları təsdiq olunub, müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, habelə vətəndaşların rahatlığının təmin olunması məqsədilə yeni şəffaf və innovativ xidmətlər, o cümlədən "ASAN xidmət" mərkəzləri yaradılıb». 2012-ci ildə ədliyyə orqanlarında işə qəbul prosedurları da xeyli sadələşdirilib, namizədlər yalnız ərizə verməklə test imtahanında iştirak etməyə buraxılır. Həmçinin, imtahan prosesi internetdə canlı yayımlanır.
Eyni zamanda, bütün məhkəmələr və hakimlər haqqında məlumatları, habelə məhkəmə sənədlərinin nümunələrini əks etdirən məhkəmə sisteminin vahid internet portalı fəaliyyət göstərir. F.Məmmədov qeyd edib ki, nazirlikdə vətəndaşların şikayətlərinə operativ baxılması və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə yaradılan "qaynar xətt"lərin fəaliyyəti genişləndirilərək təkmilləşdirilib.
2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Məhkəmə-Hüquq Şurası ilə birgə hakimlərin etik davranış qaydalarına riayət olunması vəziyyəti öyrənilməklə bu sahədə qəti tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb, dövlət başçısı tərəfindən 2013-cü ilin "İKT ili" elan olunmasını nəzərə alaraq, ədliyyə sahəsində elektron xidmətlərin daha geniş tətbiqi, habelə xidməti yoxlamaların səmərəliliyinin yüksəldilməsi, hüquqi maarifləndirmə və antikorrupsiya tədrisi üzrə tədbirlərin canlandırılması aidiyyəti qurumlardan tələb olunub.
SEYMUR
Ədliyyə orqanları üzrə rüsumları birbaşa ödəməyə imkan yaradan elektron köşklərin tətbiqinə başlanılıb
Azərbaycan əhalisinin ədliyyə orqanlarına və məhkəmələrə çatımlılığının asanlaşdırılması üçün müasir elektron xidmətlər yaradılıb."ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov danışaraq bildirib ki, ədliyyə orqanlarında vətəndaşlara ədliyyə fəaliyyəti barədə zəruri məlumatları əldə etməyə, rüsumları birbaşa ödəməyə imkan yaradan elektron köşklərin, habelə nəzarətin gücləndirilməsi məqsədilə veb-kameraların tətbiqinə başlanılıb. Onun sözlərinə görə, artıq belə köşklər ölkə üzrə fəaliyyət göstərən bütün notariat kontorlarının 1/3-ni əhatə edib, veb-kameralar isə 10-dək notariat kontorlarında quraşdırılıb və bu proses hazırda davam etdirilir:
«Dövlət başçısının tapşırıqlarına əsasən ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində mükəmməl qanunvericilik və institusional islahatlar aparılıb, Korrupsiyaya qarşı mübarizəyə və Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət planları təsdiq olunub, müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, habelə vətəndaşların rahatlığının təmin olunması məqsədilə yeni şəffaf və innovativ xidmətlər, o cümlədən "ASAN xidmət" mərkəzləri yaradılıb». 2012-ci ildə ədliyyə orqanlarında işə qəbul prosedurları da xeyli sadələşdirilib, namizədlər yalnız ərizə verməklə test imtahanında iştirak etməyə buraxılır. Həmçinin, imtahan prosesi internetdə canlı yayımlanır.
Eyni zamanda, bütün məhkəmələr və hakimlər haqqında məlumatları, habelə məhkəmə sənədlərinin nümunələrini əks etdirən məhkəmə sisteminin vahid internet portalı fəaliyyət göstərir. F.Məmmədov qeyd edib ki, nazirlikdə vətəndaşların şikayətlərinə operativ baxılması və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə yaradılan "qaynar xətt"lərin fəaliyyəti genişləndirilərək təkmilləşdirilib.
2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Məhkəmə-Hüquq Şurası ilə birgə hakimlərin etik davranış qaydalarına riayət olunması vəziyyəti öyrənilməklə bu sahədə qəti tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb, dövlət başçısı tərəfindən 2013-cü ilin "İKT ili" elan olunmasını nəzərə alaraq, ədliyyə sahəsində elektron xidmətlərin daha geniş tətbiqi, habelə xidməti yoxlamaların səmərəliliyinin yüksəldilməsi, hüquqi maarifləndirmə və antikorrupsiya tədrisi üzrə tədbirlərin canlandırılması aidiyyəti qurumlardan tələb olunub.
SEYMUR
Baxış sayı: 958
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib