12px13px15px17px
Tarix:04/02/13

Netin ənləri açıqlandı

Azərbaycanın onlayn mediasında monitorinq xidmətini təklif edən "Nettrends" şirkəti 2013-cü ilin yanvar ayı ərzində brend, şəxs və müəssisə adlarının nə qədər çəkilməsi statistikasını açıqlanıb.

Təqdim edilən rəqəmlər müvafiq sözlərin Azərbaycanın internet məkanında olan Azərbaycan, rus və ingilis dillərində 100-dək xəbər saytında dərc edilmiş 90 minə yaxın məqalənin analizinə əsasən müəyyən edilb. Banklar arasında liderlər siyahısına "Unibank" və "Bank of Baku" başçılıq edir, belə ki, bu banklar barədə çıxan xəbərlər bütün bank xəbərləri arasında müvafiq olaraq 22% və 15% təşkil edib.

Avtomobil markaları siyahısına "Mercedes" və "Toyota", Universitetlər siyahısına isə Azərbaycan Diplomatiya Akademiyası və Xəzər Universiteti başçılıq edirlər.

Sığorta şirkətlərindən "Atəşgah" və "PashaSığorta" şirkətləri, futbolçulardan isə Rauf Əliyev və Ruslan Abışov ən çox adı çəkilənlər siyahısında birincidirlər. "Nettrends" MMC Azərbaycan internet məkanındakı xəbər saytlarını monitorinq edən xidmətdir. Xidmət korporativ və eləcə də fərdi müştərilərə göstərilir.



Baxış sayı: 911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024