Tarix:05/02/13
"ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, səhmlərinin artımına istehsalçının 2012-ci ilin dördüncü rübündə görülən işlər üzrə açıqladığı hesabat zəmin yaradıb. Fevralın 1-də şirkət 61 milyard yen (658 milyon dollar) məbləğində xalis mənfəət əldə etdiyini bəyan edib, halbuki analitiklər 17 milyard yen məbləğində maliyyə itkilərinin olacağını proqnozlaşdırmışdılar,- "Lenta" yazır. Bundan başqa, "Panasonic" xərclərin azaldılması məqsədilə işçilərin kütləvi ixtisarını aparıb. Belə ki, ötən ilin aprelindən şirkət 38 mindən çox iş yerini bağlayıb.
Cari ilin birinci yarısında istehsalçı iş yerlərinin sayını yenidən 8 min azaltmağı planlaşdırır. "Panasonic" Yaponiyanın digər elektronika istehsalçıları – "Sony" və "Sharp" şirkətləri kimi 2011-2012-ci illərdə yerli valyutanın möhkəmlənməsi və iqtisadi böhran səbəbindən çətin günlərini yaşayıb.
Sözügedən korporasiyalar çoxmilyardlıq itkilərlə (itkilərin həcmi 2012-ci ilin ilk üç rübündə trilyon yendən artıq olub) üzləşdiklərinə görə işçi heyətində kütləvi ixtisarlar aparmaq məcburiyyətində qalıblar.
Emil Hüseynov
“Panasonic” şirkəti 38 ildir bu həddə çatmamışdı
Yaponiyanın elektronika malları istehsalçısı "Panasonic" şirkətinin qiymətli kağızlarının dəyəri fevralın 4-də Tokioda keçirilən hərraclarda 17 faiz artaraq bir səhm üçün 692 yen təşkil edib. Bu, şirkətin səhmlərində 1974-cü ilin sentyabrından və ya son 38 il ərzində müşahidə edilən ən yüksək artım kimi qiymətləndirilir."ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, səhmlərinin artımına istehsalçının 2012-ci ilin dördüncü rübündə görülən işlər üzrə açıqladığı hesabat zəmin yaradıb. Fevralın 1-də şirkət 61 milyard yen (658 milyon dollar) məbləğində xalis mənfəət əldə etdiyini bəyan edib, halbuki analitiklər 17 milyard yen məbləğində maliyyə itkilərinin olacağını proqnozlaşdırmışdılar,- "Lenta" yazır. Bundan başqa, "Panasonic" xərclərin azaldılması məqsədilə işçilərin kütləvi ixtisarını aparıb. Belə ki, ötən ilin aprelindən şirkət 38 mindən çox iş yerini bağlayıb.
Cari ilin birinci yarısında istehsalçı iş yerlərinin sayını yenidən 8 min azaltmağı planlaşdırır. "Panasonic" Yaponiyanın digər elektronika istehsalçıları – "Sony" və "Sharp" şirkətləri kimi 2011-2012-ci illərdə yerli valyutanın möhkəmlənməsi və iqtisadi böhran səbəbindən çətin günlərini yaşayıb.
Sözügedən korporasiyalar çoxmilyardlıq itkilərlə (itkilərin həcmi 2012-ci ilin ilk üç rübündə trilyon yendən artıq olub) üzləşdiklərinə görə işçi heyətində kütləvi ixtisarlar aparmaq məcburiyyətində qalıblar.
Emil Hüseynov
Baxış sayı: 809
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır