12px13px15px17px
Tarix:05/02/13

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi” fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin (FMİS) dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nın icrasını təmin etmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələb olunan sənədləri təqdim edərək sistem administratoru olduğu "Tələbə-məzun" dövlət elektron məlumat sistemi"nin qeydiyyata alınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib.

4 fevral 2013-cü il tarixdə sistem dövlət qeydiyyatına alınmış və sistem haqqında məlumat dövlət reyestrinə əlavə edilib.

Qeyd edək ki, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi"nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilib. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin adları aşağıda çəkilən dövlət orqanlarıdır:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;

- Azərbaycan Respublikası Milli Məclisinin Aparatı;

- Azərbaycan Respublikasının Nazirlər Kabineti;

- Azərbaycan Respublikası Baş Prokurorluğu;

- Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

- Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi;

- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

- Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi;

- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya.





Baxış sayı: 1113

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024