12px13px15px17px
Tarix:06/02/13

Mobil telefonlardan imtina üzrə beynəlxalq aksiyaya start verildi

"Mobil telefonsuz günlər" ümumdünya aksiyasında insanlara mobil telefonlardan istifadədən imtina etmək və ya danışıq vaxtını azaltmaq təklif edilir.

Aksiya bu gün başlayır və cümə gününədək davam edəcək. "ICTnews.az" elektron xəbər xidməti ""ria.ru" saytına istinadən bildirir ki, artıq 13-cü dəfə keçiriləcək aksiyanın məqsədi adikofoniya ilə mübarizə aparmaqdır.

Bu termin fransalı yazıçı Fil Marso tərəfindən tətbiq edilmiş və o, mobil telefon və "ağıllı" telefonlara qeyri-normal bağlılığı ifadə edir. Bu aksiyanın təşəbbüskarı Fil Marsodur.

Onun sözünə görə, "Mobil telefonsuz günlər" aksiyası könüllü tədbirdir və cəmiyyəti müasir texnologiyaların insanların kommunikasiya vərdişlərini necə dəyişdirdiyi barədə düşünməyə vadar etmək üçün təşkil edilir.

Emil Hüseynov



Baxış sayı: 1104

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024