12px13px15px17px
Tarix:06/02/13

Vətəndaşların etik müvəkkillərə elektron müraciət etmə imkanı asanlaşdırılır

Ötən il ərzində Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsinə nəzarətin, həmin qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsinin və etik davranış məsələləri üzrə maarifləndirmənin həyata keçirilməsi məqsədi ilə müvafiq tədbirlər görüb.

"ICTnews" elektron xəbər xidmətinə komissiyadan verilən məlumata görə, eyni zamanda "elektron hökumət"ə keçidlə əlaqədar olaraq vətəndaşların dövlət orqanlarında təyin edilən etik müvəkkillərə elektron müraciət edə bilməsinin asanlaşdırılması məqsədilə müvafiq dövlət orqanlarının internet saytlarında etik bölmələrin yaradılması və həmin bölmələrə komissiyanın internet saytı vasitəsilə çıxış imkanının yaradılması işi davam etdirilib.

CAHANGİR



Baxış sayı: 925

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024