12px13px15px17px
Tarix:06/02/13

“LG” iki yeni planşetbuk təqdim edib

Cənubi Koreyanın "LG Electronics" şirkəti "Windows 8" əməliyyat sistemi (ƏS) ilə işləyən "Tab-Book" seriyasından iki yeni hibrid noutbuk təqdim edib.

Şirkətin nümayəndələrinin verdiyi məlumata əsasən, planşetbuklar "Windows 8" ƏS ilə işləyir və ultrabukla planşetin hibridini təşkil edir. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, yeni "LG Tab-Book Z160" 11,6 düymlü multisensor ekrana malikdir.

Yeni model "Intel Core i5" prosessoru ilə təchiz edilib və Koreyada 1.59 milyon Koreya vonu və ya 1460 dollara satılır. "Core i3" prosessoru ilə təchiz edilmiş büdcəyə uyğun variantın qiyməti 1,4 milyon vona bərabərdir.

Emil Hüseynov



Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024