12px13px15px17px
Tarix:07/02/13

“iTunes” mağazasından 25 milyardıncı mahnı yüklənilib

"Apple" şirkətinin verdiyi məlumata əsasən, istifadəçilər "iTunes Store" mağazasından 25 milyarddan çox mahnı yükləyiblər. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "iTunes Store"-dən 25 milyardıncı treki Almaniya sakini Filip Lyupke satın alıb. 25 milyardıncı trek ifaçı Çeyz Buxun Monkey Drums (Goksel Vancin Remix) kompozisiyasıdır.

"Apple" Lyupkeyə on min avroluq hədiyyə çeki verib. "iTunes Store" mağazasında "Apple" qurğuları üçün mahnı, film, elektron kitab və proqramlar yerləşir. Mağaza 119 ölkədə fəaliyyət göstərir.

"Apple"-ın məlumatına əsasən, "iTunes Store"-dən hər dəqiqə 15 min musiqi treki yüklənilir. "iTunes Store" kataloqunda 26 milyondan çox kompozisiya mövcuddur.

Emil Hüseynov



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024