12px13px15px17px
Tarix:29/07/11

İnformatika üzrə XXIII Beynəlxalq Olimpiadada Azərbaycan məktəblisi bürünc medala layiq görülüb

Taylandın kurort məkanı Pattayada keçirilən İnformatika üzrə XXIII Beynəlxalq Olimpiadada Azərbaycan komandasının üzvü Azad Salahlı ölkəmizə bürünc medal qazandırıb. Bu gün qaliblərin mükafatlandırma mərasimi keçirilib. Olimpiadada ölkəmizi Bakı Özəl Türk Liseyi və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 9-11-ci sinif şagirdlərindən ibarət komanda təmsil edib.
Qeyd edək ki, Azərbaycan məktəblilərinin olimpiadaya hazırlığı AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində aparılıb. AR Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi-metodiki və təşkilati, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə olimpiadaya hazırlıq dərsləri İTİ, BDU və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılıb. Komanda üzvlərinə "Kombinatorika", "Ehtimal nəzəriyyəsi", "Qraflar nəzəriyyəsi" və riyaziyyatın digər sahələri üzrə mühazirə və məşğələlər keçirilib.


ikt.az



Baxış sayı: 1186

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024