Tarix:07/02/13
Fevralın 11-dən etibarən Binəqədi rayonunda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin göstərdiyi xidmətlərdən yararlana biləcəklər. Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi 23 adda xidmət həyata keçirir. Həmçinin Binəqədi rayonunun sakinləri 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər.
Bu, 108 nömrəli “Çağrı” mərkəzinə stasionar (ev, iş) telefonlardan birbaşa zəng etməklə mümkün olacaqdır. “108” nömrəsinə edilən zəng və aparılan danışıq, habelə “Çağrı” mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən mərkəz həftənin bütün günləri saat 10:00-dan 20:00-dək, bazar günləri isə saat 11:00-dan 17:00-dək vətəndaşların istifadəsindədir.
RƏVAN
Binəqədi qeydiyyatında olanlar da “ASAN xidmət” mərkəzinin göstərdiyi xidmətlərdən yararlana biləcəklər
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi 15 yanvar 2013-cü il tarixindən indiyədək 10 mindən artıq vətəndaşa uğurla xidmət göstərib.Fevralın 11-dən etibarən Binəqədi rayonunda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin göstərdiyi xidmətlərdən yararlana biləcəklər. Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi 23 adda xidmət həyata keçirir. Həmçinin Binəqədi rayonunun sakinləri 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər.
Bu, 108 nömrəli “Çağrı” mərkəzinə stasionar (ev, iş) telefonlardan birbaşa zəng etməklə mümkün olacaqdır. “108” nömrəsinə edilən zəng və aparılan danışıq, habelə “Çağrı” mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən mərkəz həftənin bütün günləri saat 10:00-dan 20:00-dək, bazar günləri isə saat 11:00-dan 17:00-dək vətəndaşların istifadəsindədir.
RƏVAN
Baxış sayı: 817
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır