12px13px15px17px
Tarix:07/02/13

Gəncə və Qazax sahibkarlarına “elektron hökumət”in üstünlükləri izah olunub

İqtisadi İnkişaf Nazirliyi tərəfindən Gəncə və Qazaxda "elektron hökumət"lə bağlı tədbirlər keçirilib. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə İİN-in mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən qeyd olunub ki, bölgələrdə keçirilən seminarlarda sahibkarlara elektron xidmətlər, "www.icazeler.gov.az", "www.b2b.az" elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə mühazirələr oxunub.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

"Öz biznes ideyanı yarat və öz biznesinə başla" mövzusunda keçirilən treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, "SWOT" təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

SEYMUR



Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024