Tarix:07/02/13
"Azerspace-1" peykinin buraxılışı üçün yeni vaxt peykin raketdaşıyıcısının istehsalçısı və buraxılış xidmətlərini həyata keçirən Fransanın "Arianespace" şirkəti tərəfindən dəqiq şəkildə müəyyən olunaraq ən qısa zamanda açıqlanacaqdır.
Peykin buraxılışın hava şəraiti və digər texniki səbəblərə görə 24 saat və ya daha çox müddətə təxirə salınması "Arianespace" şirkətinin təcrübəsində rastlanan haldır və peykin təhlükəsiz olaraq təyinatına uyğun şəkildə orbitə buraxılmasının mütləq surətdə tam təmin edilməsi məqsədi daşıyır. "Arianespace" şirkətinin peyk sənayesində uğurlu buraxılışlar üzrə yüksək nüfuz və etibar qazanmasında peyklərin buraxılışdan öncəki bütün sınaq-hazırlıq mərhələlərindən böyük dəqiqliklə keçirilməsi və zəruri hesab olunduqda buraxılışın hətta son saniyələrdə belə təxirə salınması mühüm rol oynayır.
Peyk buraxılışı üzrə dünya bazarının 50%-dən çox hissəsinə malik və fəaliyyətə başladığı 1980-ci ildən müxtəlif raketdaşıyıcılarla bütövlükdə 242 peyk buraxılışı həyata keçirmiş "Arianespace" şirkəti üçün "Azerspace-1" peykinin buraxılışı "Ariane-5" raketdaşıyıcısı ilə 2002-ci ildən etibarən həyata keçirilən 53 ardıcıl uğurlu buraxılışın davamı olaraq 54-cü buraxılış hesab olunur.
"Azerspace-1" peyki "Orbital Sciences" korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 peyk platforması əsasında yığılıb.
Azərbaycanın ilk peykinin orbitə buraxılması 1 gün (və ya 2 həftə) təxirə salınıb
"Azerspace-1" telekommunikasiya peykinin Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən 7 fevral 2013-cü il tarixinə planlaşdırılan buraxılışı kosmodromun yerləşdiyi ərazidə hava şəraitinin uyğunsuzluğu səbəbi ilə 24 saat müddətinə təxirə salınıb."Azerspace-1" peykinin buraxılışı üçün yeni vaxt peykin raketdaşıyıcısının istehsalçısı və buraxılış xidmətlərini həyata keçirən Fransanın "Arianespace" şirkəti tərəfindən dəqiq şəkildə müəyyən olunaraq ən qısa zamanda açıqlanacaqdır.
Peykin buraxılışın hava şəraiti və digər texniki səbəblərə görə 24 saat və ya daha çox müddətə təxirə salınması "Arianespace" şirkətinin təcrübəsində rastlanan haldır və peykin təhlükəsiz olaraq təyinatına uyğun şəkildə orbitə buraxılmasının mütləq surətdə tam təmin edilməsi məqsədi daşıyır. "Arianespace" şirkətinin peyk sənayesində uğurlu buraxılışlar üzrə yüksək nüfuz və etibar qazanmasında peyklərin buraxılışdan öncəki bütün sınaq-hazırlıq mərhələlərindən böyük dəqiqliklə keçirilməsi və zəruri hesab olunduqda buraxılışın hətta son saniyələrdə belə təxirə salınması mühüm rol oynayır.
Peyk buraxılışı üzrə dünya bazarının 50%-dən çox hissəsinə malik və fəaliyyətə başladığı 1980-ci ildən müxtəlif raketdaşıyıcılarla bütövlükdə 242 peyk buraxılışı həyata keçirmiş "Arianespace" şirkəti üçün "Azerspace-1" peykinin buraxılışı "Ariane-5" raketdaşıyıcısı ilə 2002-ci ildən etibarən həyata keçirilən 53 ardıcıl uğurlu buraxılışın davamı olaraq 54-cü buraxılış hesab olunur.
"Azerspace-1" peyki "Orbital Sciences" korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 peyk platforması əsasında yığılıb.
Baxış sayı: 1345
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı