Tarix:08/02/13
Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - "Azərspace-1" uğurla orbitə buraxılmışdır. Bu münasibətlə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətində (ASC) təşkil olunan mərasimə qatılmışlar. Dövlətimizin başçısı "Azərkosmos" ASC-nin yeni inzibati binasının açılışını da etmişdir.
Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin ölkədə "informasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.
2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafında dövlətin kifayət qədər maraqlı olduğunu nümayiş etdirdi. Bunun ardınca dövlətimizin başçısı 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzaladı və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi.
Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" mövcud olduğu iki il ərzində ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində iş apardı. Ən əsası isə bütün diqqət ölkəmizin ilk süni peyki olan "Azerspace-1"in hazırlanmasına və orbitə buraxılmasına yönəldildi. Dizaynı və qoşulma imkanları ilə milyonlarla insanın informasiya və rabitə xidmətlərindən geniş istifadə edəcəyi ilk peykimizin orbitə buraxılması ilə bağlı həyata keçirilən hazırlıqlar əlbəttə ki, ölkəmizin qüdrətini dünyaya nümayiş etdirən ən önəmli hadisələrdən biridir.
Fevralın 8-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Azərkosmos" ASC-yə gəldilər.
Burada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, "Azərkosmos" ASC müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərməyi hədəfləyir. Bu məqsədlə "Azərkosmos" fəaliyyətini beynəlxalq standartlar əsasında quraraq keyfiyyətli idarəetmə siyasətinin formalaşdırılması istiqamətində iş aparır.
Qeyd olundu ki, "Azərkosmos"un yerləşdiyi ərazidə "Azərspace"ə nəzarəti həyata keçirmək üçün bütün imkanlar vardır. Burada peykin idarə olunması üçün müxtəlif təyinatlı antennalar quraşdırılmışdır.
"Azərkosmos" ASC-nin inzibati binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Qeyd olundu ki, ötən dövrdə "Azərkosmos" ASC-də yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Texniki heyət mərhələli şəkildə ABŞ-da və Malayziyada müxtəlif kurs və təlimlərdə iştirak etmişlər. Əsas məqsəd "Azərspace" peykinin idarə və istismar edilməsinin azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilməsini təmin etməkdir.
Prezident İlham Əliyevə hazırkı və gələcək layihələr barədə məlumat verildi. Bildirildi ki, 2015-ci ildə aşağı orbitli peykin, 2016-cı ildə isə "Azərspace-2"nin orbitə buraxılması planlaşdırılır.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Azərspace-1" peykinin orbitə buraxılması prosesini izlədilər. Bakı vaxtilə saat 01.36-da Azərbaycan Respublikasının ilk peyki - "Azərspace-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5″ daşıyıcı raketi ilə orbitə buraxıldı.
Peyk buraxılışı üzrə dünya bazarının 50 faizindən çox hissəsinə malik və fəaliyyətə başladığı 1980-ci ildən müxtəlif daşıyıcı raketlərlə bütövlükdə 242 peyk buraxılışı həyata keçirmiş "Arianespace" şirkəti üçün "Azərspace-1" peykinin buraxılışı "Ariane-5" daşıyıcı raketi ilə 2002-ci ildən etibarən həyata keçirilən 54-cü ardıcıl uğurlu buraxılış hesab olunur. "Azərspace-1" peyki "Orbital Sciences" korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərən STAR-2 peyk platforması əsasında yığılmışdır.
Faydalı yük üzrə 36 fəal transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan "Azərspace-1" peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək "Azərspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur.
Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcəkdir. Artıq peykin resurslarının 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır. "Azərspace-1" peykinin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdə bir hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcəkdir.
İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaqdır. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir.
Belə ki, "Azərspace-1" peyki yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsini təmin edəcək, ümumiyyətlə, ötürülən bütün məlumatlara daha yaxşı nəzarət olunacaq, müxtəlif elektron hökumət layihələrinin həyata keçirilməsi, həmçinin məsafədən təhsil və elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu təqdim olunacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün yeni şifrələmə texnologiyası ilə mühafizə olunan və ən son tələblərə cavab verən müasir rabitə sistemi qurulacaqdır.
"Azərspace-1" peykinin sığortalanması ilə əlaqədar bağlanılan müqaviləyə əsasən, orbitdə baş verə biləcək bütün qəza hallarında "Azərkosmos" ASC sığorta ödənişləri hesabına "Azərspace-1" layihəsini davam etdirmək imkanına sahib olacaqdır.
"Azərspace-1" peyki kosmodromdan qalxdıqdan 33 dəqiqə sonra raketin gövdəsindən ayrıldı. Fəzaya buraxıldıqdan 34 dəqiqə 56 saniyə sonra Azərbaycanın ilk peyki orbitdə yerini tutdu.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ilk peyki - "Azərspace-1"in uğurla orbitə buraxılması münasibətilə xalqımızı təbrik etdi.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərkosmos” ASC-nin binasında peykin orbitə buraxılması prosesini izləmişdir
Fevralın 8-də Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri yaşanmışdır.Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - "Azərspace-1" uğurla orbitə buraxılmışdır. Bu münasibətlə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətində (ASC) təşkil olunan mərasimə qatılmışlar. Dövlətimizin başçısı "Azərkosmos" ASC-nin yeni inzibati binasının açılışını da etmişdir.

Baxış sayı: 2288
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır