Tarix:09/02/13
Nazirlikdən “ICTnews” elektron xəbər xidmətinə bildirilib ki, nazir Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində Təhsil Nazirliyi və “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin (MTTYMİB) reallaşdırdığı “Səmərəli məktəb” layihəsi haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, 2010-2012-ci illər ərzində həyata keçirilmiş layihə məktəblərdə idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində məktəb əsaslı təlimlər sisteminin yaradılması və məktəb-valideyn əlaqələrinin gücləndirilməsi məqsədini daşıyıb.
Layihədə Bakıdan 3, respublikanın digər şəhərlərindən 9 məktəb olmaqla, 12 təhsil müəssisəsinin iştirak etdiyini nəzərə çatdıran Misir Mərdanov layihənin 6 komponent üzrə həyata keçirildiyini söyləyib. Təhsil naziri həmin komponentlərə uyğun olaraq görülmüş işlərdən danışıb, keçirilmiş təlim-seminarlar, layihə iştirakçısı olan məktəb direktorlarının təlim səfərləri, müvafiq maarifləndirmə tədbirləri və bir sıra əyani vəsaitlərin hazırlanaraq məktəblərə çatdırılmasının əhəmiyyətindən bəhs edib. “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin təhsil siyasəti üzrə proqram direktoru, “Səmərəli məktəb” layihəsinin rəhbəri Elmina Kazımzadə bildirib ki, layihənin əsas məqsədi tədris ocaqlarının davamlı inkişafını təmin etmək üçün müəllimlərin peşəkarlığının artırılmasından ibarətdir.
Hələlik 12 təhsil müəssisəsinin layihədə iştirak etdiyini söyləyən E.Kazımzadə “Səmərəli məktəb” layihəsinin elektron multimedia diskindən və hazırlanmış müvafiq elektron vəsaitlərdən digər məktəblərin də istifadəsinin mümkünlüyünü vurğulayıb. Nazir həmçinin pilot olaraq həyata keçirilən “Səmərəli məktəb” layihəsinin məktəbin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsinə, ölkədə yaxşı məktəb modelinin formalaşmasına təkan verəcəyinə ümid etdiyini bildirib. Layihədə iştirak etmiş məktəblərin əldə etdikləri təcrübədən digər təhsil müəssisələrinin də yararlanmasının əhəmiyyətinə toxunan nazir bunun həm tədrisin keyfiyyətcə yüksəldilməsi, həm də məktəb idarəçiliyinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
HƏQİQƏT
Misir Mərdanov: “Hazırkı informasiya əsrində məktəbin missiyası əsaslı şəkildə dəyişib”
Hazırkı informasiya əsrində məktəbin missiyası əsaslı şəkildə dəyişib. Dünyanın inkişaf tendensiyalarından geri qalmamaq üçün müasir məktəbin iş üsulları təkmilləşdirilməlidir. Təhsil naziri Misir Mərdanov bu fikri Təhsil Nazirliyində keçirilən “Səmərəli məktəb” layihəsinin hesabat iclasında bildirib.Nazirlikdən “ICTnews” elektron xəbər xidmətinə bildirilib ki, nazir Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində Təhsil Nazirliyi və “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin (MTTYMİB) reallaşdırdığı “Səmərəli məktəb” layihəsi haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, 2010-2012-ci illər ərzində həyata keçirilmiş layihə məktəblərdə idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində məktəb əsaslı təlimlər sisteminin yaradılması və məktəb-valideyn əlaqələrinin gücləndirilməsi məqsədini daşıyıb.
Layihədə Bakıdan 3, respublikanın digər şəhərlərindən 9 məktəb olmaqla, 12 təhsil müəssisəsinin iştirak etdiyini nəzərə çatdıran Misir Mərdanov layihənin 6 komponent üzrə həyata keçirildiyini söyləyib. Təhsil naziri həmin komponentlərə uyğun olaraq görülmüş işlərdən danışıb, keçirilmiş təlim-seminarlar, layihə iştirakçısı olan məktəb direktorlarının təlim səfərləri, müvafiq maarifləndirmə tədbirləri və bir sıra əyani vəsaitlərin hazırlanaraq məktəblərə çatdırılmasının əhəmiyyətindən bəhs edib. “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin təhsil siyasəti üzrə proqram direktoru, “Səmərəli məktəb” layihəsinin rəhbəri Elmina Kazımzadə bildirib ki, layihənin əsas məqsədi tədris ocaqlarının davamlı inkişafını təmin etmək üçün müəllimlərin peşəkarlığının artırılmasından ibarətdir.
Hələlik 12 təhsil müəssisəsinin layihədə iştirak etdiyini söyləyən E.Kazımzadə “Səmərəli məktəb” layihəsinin elektron multimedia diskindən və hazırlanmış müvafiq elektron vəsaitlərdən digər məktəblərin də istifadəsinin mümkünlüyünü vurğulayıb. Nazir həmçinin pilot olaraq həyata keçirilən “Səmərəli məktəb” layihəsinin məktəbin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsinə, ölkədə yaxşı məktəb modelinin formalaşmasına təkan verəcəyinə ümid etdiyini bildirib. Layihədə iştirak etmiş məktəblərin əldə etdikləri təcrübədən digər təhsil müəssisələrinin də yararlanmasının əhəmiyyətinə toxunan nazir bunun həm tədrisin keyfiyyətcə yüksəldilməsi, həm də məktəb idarəçiliyinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
HƏQİQƏT
Baxış sayı: 807
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır