12px13px15px17px
Tarix:09/02/13

“NASA” Azərbaycan peykinin texniki xüsusiyyətlərini ətraflı şərh etdi

Cümə axşamı saat 21:36-da "Arianespace" şirkəti cari ildəki ilk "Ariane-5" raketdaşıyıcısını Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan fəzaya buraxıb. Raketdaşıyıcı "Amazonas-3 and Azerspace-1" adlandırılan iki peyki orbitə çıxarıb. "Ariane-5 ECA" (Kriogen Təkamül A tipli raketdaşıyıcı) "Ariane – 5" çərəkəsində ən künclü raketdaşıyıcı sayılır. "Ariane-5 ECA" "Ariane-5" raketdaşıyıcısının təkmilləşdirilmiş versiyasıdır.

Baxmayaraq ki, "Ariane-5 ECA" və "Ariane-5" ümumi cəhətdən eyni struktura malikdirlər, raketdaşıyıcının hərəkət qüvvəsini və yükgötürmə qabiliyyətini artırmaq üçün "Ariane-5"-ə bir sıra dəyişikliklər edilib. "Ariane-5 ECA" ağırlığı 9.6 ton təşkil edən yükü geostasionar orbitə çatdırmağa və iki həddən artıq böyük peyki eyni zamanda orbitə çıxarmaga malikdir. Kosmodromdan "Soyuz" və "Vega" tipli raketlərin orbitə buraxılması başlanandan sonra "Arianespace" şirkəti yeni nömrələmə sistemini qəbul edib. Belə ki, "Ariane-5" uçuşları "VA" işarəsi ilə qeyd olunurlar. Harada ki, "V" uçuş sözü və "A" "Ariane" raketdaşıyıcı mənalarını ifadə edir.

"VS" işarəsi orta yükqaldırma qabiliyyətinə malik olan raketdaşıyıcı mənasını verir. "VV" işarəsi isə aşağı yükqaldırma qabiliyyətinə malik olan raketdaşıyıcı mənasını verir. Hazırkı uçuş "Arianespace"-in nömrələnmə sistemində "Flight VA212" kimi qeyd olunmuşdur. Yəni "Ariane" tipli raketdaşıyıcının 212-ci uçuşu. Hazırkı uçuşda istifadə olunan raketdaşıyıcısının ümumi yükqaldırma qabiliyyəti təxminən 10 350 kq təşkil edir (iki peyk və "Ariane-5" üçün nəzərdə tutulan inteqrasiya sistemi).

"Amazon 3" - İspaniyanın 7-ci peyki - raketdaşıyıcının yuxarı hissəsində yerləşir. By peyk "Space Systems/Loral" tərəfindən "HISPASAT Group" şirkəti üçün quraşdırılıb. "Amazon 3" peyki Amerika, Avropa və Şimali Afrikada yerləşən ölkələr üçün telekommunikasiya xidmətləri göstərəcək. Peykin platforması 33 Ku və 19 C tezlik diapazonlarında fəaliyyət göstərən trasponderlər ilə təchiz olunub. "Amazonas 3" peyki 2014-cü ildə Braziliyada baş verəcək Dünya Futbol Çempionatının translyasiya olunmasına kömək edəcək.

"Azerspace/Africasat-1a" peyki isə "Ariane-5" raketdaşıyıcının aşağı hissəsində yerləşir. Peykin platforması 12 Ku və 24 C tezlik diapazonlarında fəaliyyət göstərən trasponderlər ilə təchiz olunub. Peyk "Orbital Sciences Corporation" şirkəti tərəfindən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bağlanmış müqavilə əsasında "Azərkosmos" şirkəti üçün istehsal olunub.

"Azerspace/Africasat-1a" Azərbaycanın ilk peykidir. Peyk "STAR-2" platforma üzərində quraşdırılıb və onun istismar müddəti 15 il təşkil edir. "Azerspace/Africasat-1a" peyki Avropa, Qafqaz, Mərkəzi Asiya və Afrika ölkələrinə telekommunikasiya xidmətlərini göstərəcək. 

Elçin Əliyev



Baxış sayı: 1234

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024