Tarix:09/02/13
"Məncə, "Apple" funksiyalarının sayına görə "ağıllı" telefon bazarında nəzərəçarpacaq dərəcədə geri qalır. "Samsung" güclü rəqibdir, ona görə də çox gözəl məhsullar hazırlayır" - Voznyak "Apple"-ın satışlarının son nəticələrini şərh etmək xahişinə cavab olaraq belə bildirib.
O, həmçinin vurğulayıb ki, milyonlarla fanat "Apple" şirkətini dəstəkləməyə davam edəcək, lakin bu dəstəyi itirməmək üçün yaxşı məhsullar hazırlanmalıdır.
"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, "Strategy Analytics" şirkətinin məlumatına görə, 2012-ci ilin yekununa görə "Apple"-ın "ağıllı" telefon bazarında tədarük həcmi 46 faiz artıb: şirkət təxminən 136 milyon qurğu sataraq bazarın 19 faizinə sahiblənib. 2012-ci ildə "Samsung" lider olub: bazara 213 milyon "ağıllı" telefon tədarük etmiş və bazar payı 30 faizə bərabər olub.
Emil Hüseynov
Stiv Voznyak: “"Apple" "ağıllı" telefon "müharibə"sində "Samsung"a uduzur”
"Apple"-ın həmtəsisçisi Stiv Voznyak hesab edir ki, Amerika şirkətinin "ağıllı" telefon bazarındakı əldə etdiyi uğurlara baxmayaraq, o, liderlik uğrunda aparılan "müharibə"də Cənubi Koreyanın "Samsung" şirkətinə uduzur. O, Almaniyanın " Wirtschafts Woche" jurnalına verdiyi müsahibədə belə qeyd edib."Məncə, "Apple" funksiyalarının sayına görə "ağıllı" telefon bazarında nəzərəçarpacaq dərəcədə geri qalır. "Samsung" güclü rəqibdir, ona görə də çox gözəl məhsullar hazırlayır" - Voznyak "Apple"-ın satışlarının son nəticələrini şərh etmək xahişinə cavab olaraq belə bildirib.
O, həmçinin vurğulayıb ki, milyonlarla fanat "Apple" şirkətini dəstəkləməyə davam edəcək, lakin bu dəstəyi itirməmək üçün yaxşı məhsullar hazırlanmalıdır.
"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, "Strategy Analytics" şirkətinin məlumatına görə, 2012-ci ilin yekununa görə "Apple"-ın "ağıllı" telefon bazarında tədarük həcmi 46 faiz artıb: şirkət təxminən 136 milyon qurğu sataraq bazarın 19 faizinə sahiblənib. 2012-ci ildə "Samsung" lider olub: bazara 213 milyon "ağıllı" telefon tədarük etmiş və bazar payı 30 faizə bərabər olub.
Emil Hüseynov
Baxış sayı: 714
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır